Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Bordyuja Azərbaycana Rusiya silahlarının satışı haqqında

 Rusiya Azərbaycana Ermənistanla paritetə riayət edərək silah satır, bu barədə KTMT baş katibi Nikolay Bordyuja Moskva-Yerevan-Astana video-körpüsü zamanı bildirib. Rusiya istehsalçılarının Azərbaycana silah satması Rusiya rəhbərliyinin qərarı ilə, amma paritetlərə riayət olunmaqla həyata keçirilir. "Satış haqqında qərar qəbul edilərkən Ermənistanla paritetin qorunub saxlanması amili nəzərə alınır”, deyə o, Ermənistan tərəfin narahatlığını şərh edərkən bildirib.

Ermənistan KTMT-nin tamhüquqlu üzvü kimi "öz ərazisində vəziyyət mənfi inkişaf edəcəyi” təqdirdə təşkilatdakı müttəfiqlərindən yardım alacaq, deyə Bordyuja Azərbaycanlı jurnalistin KTMT-nin Qarabağ tənzimlənməsi üzrə mövqeyi haqqında sualına cavabda bildirib.

"Münaqişənin tənzimlənməsi çərçivəsində beynəlxalq mexanizmlər, o cümlədən yaranmış vəziyyətdən çıxış və bütün münaqişə tərəfləri üçün məqbul həllin axtarılması məsələləri üzərində ətraflı şəkildə işləyən ATƏT-in Minsk Qrupu yaradılıb. Əminəm ki, digər təşkilatlar bu məsələyə müdaxilə etməməlidirlər”, deyə KTMK baş katibi qeyd edib.

Bordyuja həmçinin qeyd edib ki, təşkilatın Qarabağ münaqişəsi zonasındakı vəziyyətdən xəbəri var, itkilər haqqında məlumat alır, belə ki, bu məsələ təşkilat üçün əhəmiyyətlidir. "Amma biz Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə müdaxilə edə bilmərik və buna hüququmuz yoxdur”, deyə o qeyd edib.

Ermənistan KİV-lərinin Azərbaycanın KTMT-yə dəvət edilməsi haqqında məlumatlarını şərh edən Bordyuja qeyd edib ki, bu haqda ilk dəfə eşidir. "Mən heç vaxt belə bəyanat verməmişəm, Ermənistan KİV-lərində də belə bir şey oxumamışam. Amma Azərbaycan tərəfi belə bir istək bildirərsə, biz təşkilatın bütün üzvləri ilə bu məsələni müzakirə edəcəyik”, deyə Bordyuja bildirib. 

Rusiya Azərbaycana Ermənistanla paritetə riayət edərək silah satır, bu barədə KTMT baş katibi Nikolay Bordyuja Moskva-Yerevan-Astana video-körpüsü zamanı bildirib.

Rusiya istehsalçılarının Azərbaycana silah satması Rusiya rəhbərliyinin qərarı ilə, amma paritetlərə riayət olunmaqla həyata keçirilir. "Satış haqqında qərar qəbul edilərkən Ermənistanla paritetin qorunub saxlanması amili nəzərə alınır”, deyə o, Ermənistan tərəfin narahatlığını şərh edərkən bildirib.

.

contact.az

.

Maybe you are interested in:

Amerika hərbiçiləri Qarabağda məhdud müharibə ehtimalından narahatdır

Moskva etiraf edib ki, Əliyev-Sarkisyan görüşü nəticə verməyib

ATƏT-in baş katibi Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü gözləyir

Lavrov-Məmmədyarov görüşlərinin yeni detalları

Serj Sarkisyan ümid edir ki, müharibə olarsa Rusiya Ermənistana yardım edəcək

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz