Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Moskva etiraf edib ki, Əliyev-Sarkisyan görüşü nəticə verməyib

 

Ermənistan və Azərbaycan prezidentlərinin Bern görüşündə sıçrayış olmayıb, lakin Rusiya bu istiqamətdə səylərini davam etdirəcək. Bu barədə cümə axşamı keçirilən brifinqdə RF XİN-in mərbuat katibi Mariya Zaxarova bildirib.

"Hesab edirik ki, baş tutan sammit Dağlıq Qarabağ tənzimlənməsi üzərində işin müəyyən mərhələsidir. Prezidentlərin təkbətək söhbət etmək və bütün məsələləri müzakirə etmək, mübahisəli məsələlər üzrə mövqelərini dəqiqləşdirmək imkanı olub. Xüsusən, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərgin vəziyyət müzakirə olunub, deyə o qeyd edib.

ATƏT MQ-nin vasitəçilik fəaliyyəti davam etdiriləcək. Bundan başqa, Rusiya tərəfi tərəflərin MQ həmsədrləri ilə razılaşdırılmış yanaşmalar əsasında kompromis əldə etməsinə kömək etmək üçün "müstəqil səy” göstərəck, deyə mətbuat katibi bildirib. 

.

www.contact.az

.

Maybe you are interested in:

Azərbaycan, İran və Rusiya XİN rəhbərlərinin görüşü aprelin 7-də keçiriləcək

Minsk Qrupu Berndəki görüş haqqında

Lavrov-Məmmədyarov görüşlərinin yeni detalları

Bordyuja Azərbaycana Rusiya silahlarının satışı haqqında

Aprelin sonlarında Fransa prezidenti Ermənistan və Azərbaycana səfər edəcək

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz