Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Əliyev və Yanukoviç sıradan çıxacaq

AB prosesi Azərbaycan rəhbərini taqətdən, Ukrayna prezidentini hörmətdən saldı

 

Taleyi Moskvada artıq həll edilmiş Vilnüs sammiti barədə yazılan tək həqiqi tarix Ukrayna meydanlarındadır. Bu bir sivilizasiya mübarizəsidir və xarakteri etibarı ilə SSRI dağılandan sonra onun mahiyyətinə ilk qeyri-avantür və məntiqli etirazdır. Insanlar keçmişə qayıtmaq istəmirlər və gələcək uğrunda savaş verirlər.
Azərbaycan rəhbəri isə Putinin xüsusi gözağartmasını gözləmədən illərdir AB-nin Azərbaycanla yaxınlaşma siyasətinə müqavimət göstərir. Düzdür, bəzən belə xəbərlər sızdırılır ki, Ilham Əliyev özü güya Qərbmeyillidir, amma Kremlin Azərbaycan üçün yaradacağı fəsadlardan çəkinir. Bu blefin həm də nə qədər zərərli olduğunu əsaslandırmaq üçün  xeyli arqumetlər, faktlar var, amma təkcə bir neçə misalla bunların dövriyyəyə buraxılmasını çoxüzlülük kimi qiymətləndirmək olar - Ilham Əliyev və ailəsi 48 milyardlıq sərvəti Kremlin təkidi iləmi oğurlayıblar? Ölkədə irili-xırdalı bütün seçkiləri Moskvanın silahı gücünəmi saxtalaşdırıblar, yaxud da deputat mandatını satıb pulunu Putinəmi veriblər? Bütün hallarda ən üzdə olan və 7-dən 70-ə hər kəsin bildiyi bu faktlar deməyə əsas verir ki, Ilham Əliyevdən məzlum düzəltmək cəhdləri sadəcə kimisə aldadıb yenə o əjdahanın ağzına atmaq üçündür. Biz qayıdaq Vilnüs sammitinə.
Niyə Vilnüs?
AB hər şeyi yaxşı düşünür, tədbirləri, onun keçiriləcəyi məkanları, iştirakçıları, sazişləri. Bunların hamısı dünyaya və konkret olaraq bir ünvana mesajdır. Vilnüsdə genişlənmə sammitinin mənası bu idi ki, AB artıq keçmiş SSR məkanında möhkəmlənib və irəliləyir. Ona görə də Genişlənmə sammitinə Baltikyanı ölkələrdən birinin paytaxtını seçmişdilər. Müqavilə isə Qara dənizin nəhənglərindən biri ilə gözlənilirdi. Rusiyanın MDB dəvlətləri arasındakı münasibətlərdə əvvəlki kimi mühüm və sürətli rolu olmasa da, aydın görünürdü ki, çox da narahat deyildi. Şərqi Avropa ölkələrinin AB çətiri altında təmərküzləşməsi Moskva üçün yenilik deyildi. Tarixən də bu dövlətlər bir köynək daha yaxın olublar, Qərbi Avropaya... Ukrayna isə artıq başqa məsülə idi. Bu, SSRI-nin özəyini təşkil edən ittifaqın ikinci böyük subyektini "sıradan çıxarmaq” cəhdidir. Rusiya onsuz da bu mübarizəni uduzub. Amma belə önəmli məsələlərdə dünyanın olmasa da, qitənin qütblərindən biri kimi qalması kifayət qədər ciddi nailiyyətdir.
Qərb və Azərbaycan müxalifəti
Qərb ölkələrinin Rusiya ilə mübarizəsi Azərbaycanda iqtidar-müxaliət mübarizəsinə bənzəyir. Dinc sivil, hətta mən deyərdim ultramədəni. Amma Rusiya da özünü kifayət qədər birmənalı aparır. Tədbirləri sabotaj edir. Qərbin müttəfiqlərini və gələcək müttəfiqlərini ələ alır, qorxudur, sabotaj edir. Qərb isə bütün bunların qarşısında kəskin bəyanatlar verir. Bu çıxış yolu kimi hələ ki, uzun sürən bir dirəniş tələb edir. Bunun sonunda kimin əsəbləri qalib gələcək, onu demək xeyli tezdir.
İlham Əliyev niyə getdi?
Əslində Ilham Əliyevin bu şərtlər daxilində Vilnüs sammitinə qatılması AB-nin özünü Həzrəti Mövlanə kimi aparmasından başqa bir şey deyil. Yəni gəl, kim olursan ol, gəl. Ilham Əliyev nəinki saxta seçkinin, hətta dünyada ifşa olunmuş bir tamaşanın nəticəsində özünü prezident elan edəndən sonra AB üçün təbii ki, mötəbər qonaq deyil. Amma maraqlı məqam odur ki, Ilham Əliyev niyə özünü borclu hesab etdi ki, bu sammitə qoşulsun? Qərb onu niyə təkidlə Vilnüsdə görmək istədi?  Hətta Ukrayna prezidentinin əvvəlcə qatılmayacağı sammitə sonra qatılacağını və daha sonra şərtlə sazişə qoşula biləcəyini deməsi əsas verir ki, biz burada Qərbin, yəni AB-ın demarşından danışaq. Yəni birinci hissədə Rusiya mane olmağa çalışsa da, ikinci hissədə AB yenidən prosesin sükanını əlinə almağa cəhd edir. Bu mənada Ilham Əliyev də Yanukoviç də artıq başlamış prosesin öndəgedəni olmaq şansını itirsələr də, arxasınca sürünməkdən xilas ola bilməyəcəklər. Bu da onları heç şübhəsiz ki, siyasi cəhətdən sıradan çıxaracaq.
Vilnüs sammiti nə verəcək?
Görünən odur ki, bu saziş müəyyən siyasi aydınlaşmalara imkan yaratdı. Bunu bir döyüş kimi düşünsək, Qərb gördü ki, ilk atəşdən səngəri kimlərin tərk etmək ehtimalı var. Bu mənada faktiki gözlənilən nəticələr əldə edilməsə də, AB üçün bu bir sınaq oldu və gələcək zamanda bu tipli olayların risklərini dəyərləndirmək imkanı yaratdı. Beləliklə, bizim  üçün maraqlı olan, proseslərin növbəti raundudur. Yanvardan sonra bölgəmizdən yeni sürprizlər gözləmək ümidi ilə...

.

azadliq.info

.

Maybe you are interested in:

Etibarsız dostlar yoxsa yalnış diplomatiya?

Aİ və Azərbaycan: sabit qarşıdurma

Prezident İlham Əliyev: “Ermənistan Azərbaycanı təxribata çəkir”

Prezident İlham Əliyev Avropaya inteqrasiyanın əleyhinədir və məmurlardan onun mövqeyini nəzərə almağı tələb edir

İlham Əliyev referenduma hazırlaşır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz