Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Rəsmi Bakı: Bizdə işgəncə yoxdur

 

Cenevrədə BMT-nin İşgəncələr Əleyhinə Komitəsində Azərbaycanda vəziyyətə dair dinləmələr başa çatıb.

Komitə üzləri və müzakirə iştirakçıları Azərbaycan hökumətinin hesabatını dinləyiblər. Sənədi xarici işlər nazirinin müavini Xələf Xələfov təqdim edib.

Hesabatda son illər penitensiar sistemin təkmilləşdirilməsinə, işgəncələrin qarşısının alınmasına, ölkədə insan hüquqlarının müdafəsinə dair Milli planın reallaşması üzrə görülən tədbirlərdən danışılır.

BMT Komitəsinin rəsmi məlumatında deyilir ki, BMT nümayəndələri Leyla Yunus, İntiqam Əliyev, İlqar Məmmədov və digər siyasi məhbusların taleyi, məhkumlarla pis davranma, cəzaçəkmə müəssisələrində işgəncə və intihar faktları və dgər pozuntularla  bağlı Bakı nümayəndə heyətinə çoxsaylı suallar veriblər.

Adəti üzrə rəsmi Bakı nümayəndələri pozuntu və qeyri-insani davranma faktlarını inkar ediblər. Əsasən Leyla Yunusun Kürdəxanı təcridxanasında pis rəftara dair şikayəti rədd edilməsi, onun administrasiya tərəfindən təhqirlərə məruz qalması, müalicə imkanlarının məhdudlaşdırılması qeyd olunub.

Naxçıvan MTN təcridxanasında Turaç Zeynalovun işgəncə nəticəsində ölməsi barədə sualın cavabında nümayəndə heyətinin üzvləri bildiriblər ki, onun işgəncəyə məruz qaldığına heç bir sübut yoxdur, bədənindəki göy ləkələr isə xəstəliyin əlamətləridir.

"Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı olsa da İlqar Məmmədov niyə azad edilmir?” sualının cavabında bildirilib ki, İ.Məmmədov ölkə şəhərlərindən birində iğtişaşlara təhrik edib.

L.Yunusun səhhətinin ağır olmasına baxmayaraq, həbsxanada saxlanması barədə sualın cavabında nümayəndə heyətinin üzvləri bildiriblər ki, şəkər xəstəliyinin olması onun həbsdə həkim nəzarətində qalmasına, xarici dərmanlar almasına imkan verir.

Xatırladaq ki, Bakı nümayəndə heyətinə XİN, DİN, MTN, Ədliyyə Nazirliyi və digər dövlət orqanlarının rəhbər şəxsləri daxildir.

.

www.contact.az

.

Maybe you are interested in:

BMT işgəncə faktlarına görə Azərbaycanı tənqid edib və onları araşdırmağa çağırıb

Azərbaycan nümayəndə heyəti BMT-də 90 suala cavab verəcək

BMT-nin İşgəncələr Əleyhinə Komitəsində Azərbaycandakı vəziyyət müzakirə olunur

Human Rights Watch BMT-nin İşgəncələr əleyhinə Komitəsini Bakıdan repressiyalara son qoymağa çağırıb

İşgəncələrə Qarşı Komitənin nümayəndələri yenidən Azərbaycana gəlir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz