BMT-nin İşgəncələr Əleyhinə Komitəsində Azərbaycandakı vəziyyət müzakirə olunur
Noyabrın 11-də Cenevrədə BMT-nin İşgəncələr Əleyhinə Komitəsində Azərbaycanda vəziyyət haqqında iki günlük müzakirələr başlayıb.
Yerli mənbələrin məlumatına görə, Azərbaycan nümayəndə heyətinə Leyla və Arif Yunusun vəziyyəti və onlara qarşı qeyri-insani rəftarın səbəbləri, habelə onlara qarşı ittihamların saxtalaşdırılmasının səbəbləri ilə bağlı bir neçə xoşagəlməz sual verilib.
Həmçinin polisin traffikinq və cinsi istismarda iştirakı, vətəndaş cəmiyyəti fəallarının təqibi, QHT-lər sahəsində qanunvericiliyin sərtləşdirilməsi haqqında suallar qaldırılıb. Müzakirələrin yekunlarına görə mətbuat konfransı keçiriləcək.
Bir müddət əvvəl "Human Rights Watch” BMT Komitəsini Azərbaycan hakimiyyətinin hərəkətlərini pisləməyə, onlardan repressiyalara son qoymağı və bütün siyasi məhbusları azad etməyi tələb etməyə çağırıb.
.
Maybe you are interested in:
Azərbaycan nümayəndə heyəti BMT-də 90 suala cavab verəcək
Avropa QHT koalisiyası Azərbaycanda repressiyaları pisləyir
Human Rights Watch: Leyla Yunusun həbs müddəti uzadıla bilər