YUNESKO Mehriban Əliyevanın “xoş məramlı səfir” adından məhrum edilməsinə çağırılır
Avropa Azad Mətbuat Mərkəzi (ECPMF) YUNESKO rəhbəri İrina Bokovoya müraciət edərək Mehriban Əliyevadan "xoş məramlı səfir” adının geri alınmasına çağırıb.
Müraciətdə deyilir ki, Azərbaycan prezidentinin xanımı jurnalist Xədicə İsmayılovanı və ölkədəki digər tənqidi səsləri təqib edən rejimin nümayəndəsidir.
"Mehriban Əliyevanın xoş məramlı səfir olmasını biz tamamilə yolverilməz hesab edirik. YUNESKO-nun jurnalistlərin həbsdə olduğu, öldürüldüyü, mətbuat azadlığına məhəl qoyulmadığı Azərbaycan kimi ölkənin hakim elitasını təmsil edən insana xoş məramlı səfir adını verməsi tamamilə yolverilməzdir.
"Biz YUNESKO baş katibinin dərhal Mehriban Əliyevanı bu statusdan məhrum edəcəyini gözləyirik”, - məktubda deyilir. Sənədi Avropa Azad Mətbuat Mərkəzinin rəhbəri Xerik Kofolts, vitse-prezident Ulrix Yorges və icraçı direktor Lyuts Myukke imzalayıblar.
.
Maybe you are interested in: