Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Dinləmələrə görə “ABŞ nə gündə imiş?!”

 

QHT-lərə Dövlət Dəstəyi Şurası ABŞ-Azərbaycan münasibətlərinə dair dinləmələr keçirib.

Şura sədri, deputat Azay Quliyev bu münasibətin "gərgin faza”ya daxil olduğunu bildirib. Son zamanlar ABŞ-da bəzi dövlət institutlarının Azərbaycana münasibətdə verdikləri bəyanatlar "qərəzli, həqiqətdən uzaq, iki ölkə arasında strateji əməkdaşlğa xidmət etməyən” sayılıb. Azərbaycan iqtidarının yürütdüyü siyasət isə "milli maraqlara xidmət və milli maraqları qorumaq” siyasəti kimi dəyərləndirilib. A.Quliyevə görə, ABŞ-la bağlı dinləmələrin keçirilməsinə təşəbbüs QHT-lərdən gəlib. "Biz də dinləmələr keçirməklə ABŞ-da insan haqlarının nə vəziyyətdə olması, Azərbaycanla bağlı tənqidi bəyanatlara hansı əsaslar olması qərarı verdik”, - deyə Şura sədri tədbirin keçirilməsi "zərurəti”nə toxunub. ABŞ-da irqi, dini zəmində, Quantanamo həbsxanasında, Fergissonda insan haqları "pozulduğu” halda ABŞ-ın Azərbaycanı tənqid etməsinə etiraz ifadə edilib. A.Quliyevə görə, Azərbaycan strateji tərəfdaş kimi bütün öhdəliklərini yerinə yetirib. Şura sədri ABŞ-ın keçmiş diplomatları Riçard Kozlariç və Devid Kramerin, bəzi rəsmi şəxslərin Azərbaycana tənqidi bəyanatlar səsləndirməsinin arxasında rəsmi Vaşinqtonun durmasına işarə edirlər.

Deputat Zahid Oruc vaxtilə ABŞ tarixində olmuş irqi-dini ayrı-seçkiliyə diqqət çəkərək, qaradərili ABŞ vətəndaşlarının bu gün də təhsil almalarında ciddi "problem”lər olduğunu iddia edib.

Politoloq Elman Nəsirov ABŞ-da korrupsiya haqqında "sensasiya doğuran” bəyanat səsləndirib. Onun sözlərinə görə, 2012-ci ildə Fransa və Monakoda ABŞ səfiri olmaq üçün seçki fonduna 550-700 min dollar ödəmək lazım idi.

Deputat Qüdrət Həsənquliyev isə ABŞ-da azad mətbuat olmadığını "sübut” etməyə çalışıb. O, "Azadlıq” radiosunun müstəqil media qurumu olmadığını deyib. ABŞ-ı jurnalistikadan öz ideologiyasının təbliğatında daim istifadədə ittiham edib. Q.Həsənquliyevə görə, iki ölkə arasında münasibətlərin pozulmasına səbəb 2009-cu ildə Barak Obama və Hillari Klintonun dəvətlərinə baxmayaraq, İlham Əliyevin İstanbula getməməsidir. Q.Həsənquliyev ABŞ-ın Azərbaycanda siyasi məbusların azad olunması tələbinə "4-5 nəfərin həbsdə saxlanılmasına görə böyük dövlətlər, təşkilatlarla üz-üzə gəlməyə dəyməz” mövqeyi ifadə edir. 

Deputat Asim Mollazadəyə görə isə, ABŞ-ın Azərbaycana qarşı siyasəti dəyişib, əsas məqsəd də ermənilərin diktə etdiklərini həyata keçirməkdir. A.Mollazadə bu tipli dinləmələri ABŞ-ın özündə, Avropa ölkələrində keçirmək təklifi irəli sürüb.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ABŞ-ı dünyada qalan yeganə imperialist dövlət, terrorçu dövlət kimi qorxulacaq yeganə dövlət adalndırıb. QAT sədri ABŞ-ı dövlətləri özlərinin istədikləri kimi idarə etmək üçün hər vasitəyə əl atmaqda ittiham edib. Hətta Qarabağ probleminin həllinin indiyə kimi yubanmasında da A.Nağı yeganə ABŞ-ı tənqid edib.

Deputat Musa Qasımlı da ABŞ-ı Qarabağ probleminin həllində "ikili standartlara” yol verməkdə, Qarabağ separatçılarını dəstəkləməkdə ittiham edib.

Depuatat Aydın Mirzəzadə də ABŞ-ı Qarabağ məsələsinə ədalətsiz yanaşmada suçlayıb və belə münasibətə görə ABŞ-ın Azərbaycanı itirə biləcəyini nəzərə çatdırıb.

Maraq doğuran budur ki, Beynəlxalq Mətbuat Mərkəzi (BMM) burada keçirilən tədbirlər barədə öncədən məlumatlandırma xəbərləri yayır. Amma bu dinləmələrlə bağlı BMM KİV-lərə hər-hansı məlumatlandırma xəbəri yaymayıb.

Həmçinin qeyd edək ki, tədbirdə iştirak edənlər hökumətyönlü sektorun nümayəndələridir. 

.

contact.az

.

Maybe you are interested in:

ABŞ Senatında Azərbaycanda demokratiyanın vəziyyətinə dair dinləmələr keçiriləcək

Əli Həsənov bir daha anti-Azərbaycan qüvvərə qarşı mübarizəyə çağırdı

Əli Həsənov: “Qərbdən qorxmuruq”

Əli Həsənov: “Qərbdən qorxmuruq”

Sülhəddin Əkbər:«Nurçular öz ölkələrinə bu qədər ziyan vura bilirlərsə …»

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz