Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Sülhəddin Əkbər:«Nurçular öz ölkələrinə bu qədər ziyan vura bilirlərsə …»

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər «nurçuları» Azərbaycana qarşı təhlükə hesab edir

Sülhəddin Əkbər: «Artıq Azərbaycan da öz geopolitik seçimini etməlidir»

«İstənilən halda istənilən xarici ölkədən gələn təsir istər bu dövlətə olsun, istər ayrı-ayrı təşkilatlara  yaxud da şəxslərə olsun təbii ki, qarşısı alınmalıdır. Bu Azərbaycan dövlətçiliyinə, milli maraqlarına təhdid kimi qiymətləndirilməlidir».

Son zamanlar Türkiyədə «Xidmət» hərəkatı və Gülənçilərlə Ərdoğan arasında qarşıdurma fonunda Azərbaycanda bir çox dövlət qurumlarına «nur camaatı»nın sızması haqqında məlumatlar yayılır. Həm güc nazirliklərində, həm xarici işlər nazirliklərində və SOCAR-da «nurçuların» ciddi kadr yerləşdirmələri ilə başlı məlumatlar yayılır.

Hətta Müdafiə naziri Zakir Həsənovun və Xarici İşlər naziri Elmar Məmmədyarovun «Nur camaatı»na bağlı olması haqda müxtəlif mətbu orqanlarda iddialar səsələndirilib. Bu məlumatları nə qədər doğru olub-olmadığı bəlli olmasa da, iddialar artıq Azərbaycan cəmiyyətində bir narahatlıq yaratmağa başlayıb. 

«Nurçuların» Azərbaycan dövlətinə sızmasının dövlətçiliyimiz baxımından nə qədər təhlükəli ola biləcəyini PİA.AZ-a dəyərləndirən Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, istənilən halda istənilən xarici ölkədən gələn təsir Azərbaycan dövlətçiliyinə və milli maraqlarına təhdid kimi qiymətləndirilməlidir:

«Bu məlumatlar mətbuatda indi daha intensiv gedir amma buna baxmayaraq bu məsələlərdən çoxdandır cəmiyyətin də də geniş kütlələrinin məlumatı var. İstənilən halda istənilən xarici ölkədən gələn təsir istər dövlətə olsun, istər ayrı-ayrı qurumlara və təşkilatlara,  yaxud da şəxslərə qarşı olsun təbii ki, qarşısı alınmalıdır. Xarici bir dövlətə bağlı hansısa ideoloji-siyasi axının dövlət qurumlarına yerləşməsi təbii ki, təhlükəli tendensiyadır.

Buna görə də «nurçuların» Azərbaycan dövlət qurumlarına sızması dövlətçiliyimizə və milli maraqlarımıza qarşı təhdid kimi qiymətləndirilməlidir. Türkiyədə baş verən hadisələr də  bunu açıq aydın şəkildə gostərir. Əgər Türkiyədə «nurçular hökümət və dövlət üçün bu qədər böyük təhdid halına gələ bilirlərsə, demək ki, Azərbaycan üçün daha böyük təhdid təşkil edə bilərlər. Çünki bunlar  Türkiyə vətəndaşlarıdır, öz ölkələrinə bu qədər ziyan vura bilirlərsə, görün xarici dövlətlərdə onların fəaliyyətləri necə ziyan verə bilər». 

Son zamanlar dini camiədə gərginliyin hökm sürməsinə də münasibət bildirən ACP sədri bildirdi ki, dini təriqətlər və məzhəblər arasında gərginliyin yaşanmasının əsas səbəbələrindən biri bölgədə goesiaysi mühitin dəyişməsi ilə bağlıdır:

«Hazırda MDB məkanında regionun geopolitik taleyi həll olunur və Azərbaycan da Qərbə doğru geopolitik keçid forması olan GÜAM-ın üzvüdür və GÜAM ölkələrinin taleyi əasasən həll olunub yəni bu istər Moldova- Gürcüstan istərsə də Ukrayna olsun, onlar öz seçimlərini bir mənalı olaraq Qərbdən yana ediblər.

Ukraynada baş verən inqilabdan sonra GÜAM üzvlərindən öz stratejik seçimini etməyən ölkə yalnız Azərbaycan qalır. Ona görə də Azərbaycana həm xaricdən, həm də daxildən təzyiqlər artıb. Artiq Azərbaycan da öz geopolitik stratejik seçimini etməlidir. Seçim edilənə qədər Azərbaycan daxilində və ətrafında gərginlik artan, yüksələn xətt üzrə davam eliyəcək».

.

pia.az

.

Maybe you are interested in:

Bakı ATƏT-in Minsk Qrupunu tənqid edib

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağ, TANAP və Bakı-Tbilisi-Qars dəmiryol layihələrindən danışıblar

Sabotajla məşğul olan şəxslər ciddi cəzalanacaq

Tehranda İran-Azərbaycan müzakirələri: razılaşmalar var

Azərbaycanla Avropa arasında viza rejimi sazişi imzalandı

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz