Federal lәzgi
milli-mәdәni muxtariyyәti

AŞPA məruzəçiləri Azərbaycanda siyasi islahatlara çağırıblar

 

AŞPA-nın iyunun 22-26-da Strasburqda keçiriləcək yay sessiyasının gündəliyinə "Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı qətnamə layihəsi daxil edilib.

Sənəd AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Tadeuş İvinskinin iyunun 1-də Parisdə qurumun iclasında təsdiq edilmiş hesabatı əsasında hazırlanıb.

AŞPA Monitorinq Komitəsi hesabata daxil edilmiş Azərbaycan hakimiyyətinə hakimiyyət bölgüsü, ədalətli seçki qanunvericiliyinin təmin edilməsi, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi və ölkədə insan hüquqlarının pozulmasına son qoyulması ilə bağlı tövsiyələri təsdiq edib.

Xüsusən, hesabatda hakimiyyət bölgüsü sistemində icra hakimiyyətinin xeyrinə disbalans olduğu, seçki administrasiyasının kifayət qədər müstəqil və qərəzsiz olmadığı, QHT-lərin fəaliyyətində məhdudiyyətlər, məşhur vətəndaş cəmiyyəti fəallarının və jurnalistlərin cinayət təqibi, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının, xüsusən, ReAl hərəkatının lideri İlqar Məmmədovun işi üzrə qərarın yerinə yetirilməməsi əksini tapıb.

Sonda sənəddə mövcud problemlərin aradan qaldırılması üzrə bir sıra konkret tövsiyələr irəli sürülüb.

Xüsusən, Konstitusiyada faktiki olaraq təsbit edilmiş hakimiyyət bölgüsünün təmin edilməsi, icra hakimiyyəti üzərində parlamentin nəzarətinin gücləndirilməsi təklif olunur.

Həmçinin, məhkəmə hakimiyyətinin icra hakimiyyətindən tamamilə asılı olmamasını təmin etmək tövsiyə olunur.

Məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək və hakimləri kənar təsirlərdən mühafizə etmək təklif olunur. Bu zaman hakimlərin təyin edilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının (MHŞ) səlahiyyətləri haqqında qanunvericiliyə düzəlişlər edilməsi zəruridir.

Hazırda ədliyyə nazirinin rəhbərlik etdiyi MHŞ icra, qanunverici və məhkəmə hakimiyyətlərinin nümayəndələrindən formalaşdırılır. MHŞ-ni ya tamamilə hakimlərdən, ya da əksəriyyəti hakimlərdən ibarət olacaq şəkildə formalaşdırmaq təklif olunur.

Seçki sistemi ilə bağlı müstəqilliyin, prosedurların şəffaflığının artırılması, namizədlərin qeydiyyatı prosesinin sadələşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

2015-ci ilin noyabrında keçiriləcək parlament seçkilərində plüralizm mühitinin, bütün seçki iştirakçılarının KİV-ə pulsuz çıxışının və mətbuat azadlığının təşviqi zərurəti qeyd edilir.

Həmçinin, QHT nümayəndələrinin və jurnalistlərin hüquqlarını müdafiə edən vəkillərə hər-hansı təzyiqdən yayınmaq tövsiyə olunur.

Hesabatın ifadə azadlığına aid hissəsində jurnalistlər üçün lazımi şərait yaratmaq və onlara qarşı təzyiqə son qoymaq, fikri ifadə azadlığının və KİV azadlığının qanunvericilikdə və təcrübədə məhdudlaşdırılmasından yayınmaq təklif olunur.

QHT-lərə aid tövsiyələrdə qanunvericiliyə Vyana Komissiyasının tövsiyələri nəzərə alınmaqla yenidən baxmaq, QHT-lərin, o cümlədən hakimiyyəti tənqid edənlərin fəaliyyəti üçün əlverişli mühit yaratmaq təklif olunur. 

.

contact.az

.

Maybe you are interested in:

AŞPA Azərbaycanda insan hüquqları üzrə yeni məruzəçi təyin edib

AŞPA komitəsi Sərsəng su anbarı üzrə qətnaməni təqdir edib

AŞPA missiyası bütün seçki iştirakçıları üçün bərabər şəraiti təmin etməyə çağırıb

AŞPA Azərbaycanda demokratiyanın boğulmasını pisləyib, siyasi məhbusların azadlığa buraxılmasını tələb edib

AŞPA Monitorinq Komitəsi məruzəçilərinin səfəri

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz