Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Qəbələdə VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

 
İyulun 25-dən 31-dək Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Qəbələdə VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Növbəti festivalın da proqramı olduqca zəngindir. Festivalda Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsrail, Avstriya, Xorvatiya, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər – İtaliya Simfonik Orkestri, "Moskva virtuozları" kamera orkestri, Avstriya Vayner Akademiyasının kamera ansamblı, "Flamenko" ansamblı, "Dubrovnik Guitar Trio", Andrey Qavrilov, Oksana Yablonskaya, Cankarlo Pazolini, Janna Gandelman, Aleksandr Rojdestvenski, Jeremi Menuxin, Paul Meyer, Aleksandr Gindin, Taras Yaqopud və başqaları iştirak edəcəklər. Qeyd edək ki, 2009-cu ildə ənənəvi olaraq keçirilən bu festivallar ölkəmizdə və onun hüdudlarından kənarda böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edib.

.

qebele-ih.gov.az

.

Maybe you are interested in:

"Azərbaycan multikulturalizmi"

Amerika Günləri Festivalı başlayıb

Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsi başa çatıb..

Qəbələdə Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsinin rəsmi açılışı olmuşdur.

Axtida mədəniyyət ili

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz