Hökumət xaricdəki diplomatik nümayəndəliklərin saxlanması xərclərinin azaldılması məsələsinə baxır
Azərbaycan hökuməti xaricdəki diplomatik nümayəndəliklərin saxlanması xərclərinin azaldılması məsələsinə baxır. Bunu Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib.
Lakin səfirliklərin bağlanması məsələsi yoxdur. "Vəsaitə qənaət edilməsi və işin səmərələşdirilməsi məqsədilə diplomatik nümayəndəliklərin fəaliyyətinin mövcud reallığa uyğunlaşdırılması və ya ştat vahidlərinin azaldılması məsələsinə baxılır”, - H.Hacyev deyib.
Bununla da o, Azərbaycanın Latın Amerikası ölkələrində səfirliklərinin, həmçinin fəxri konsulluqlarının bağlanması barədə bəzi KİV-də yayılan məlumatları təkzib edib.
O qeyd edib ki, fəxri konsulluqlar özləri özlərini maliyyələşdirir və onların saxlanmasına dövlət büdcəsindən vəsait ayrılmır.
Azərbaycanın xaricdə 70-dən çox diplomatik nümayəndəliyi – səfirlik, baş konsulluq, konsulluq və beynəlxalq təşkilatlar yanında missiyası var
.
Maybe you are interested in:
Ceyms Uorlik ATƏT-in Minsk Qrupunun həmsədri postunda qalacaq