Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycanın Ukraynadakı səfirinin geri çağırılmasının səbəbi nədir?

 

Prezident İlham Əliyev bugünki sərəncamı ilə Eynulla Mədətlinin Azərbaycanın Ukraynadakı səfiri və GUAM yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırıb.

Mədətli 2010-cu ildə Ukraynada səfir təyin edilib. Səfirin geri çağırılmasının səbəbləri haqqında heç nə deyilmir. Lakin bu, saytlardan birində XİN bünyəsində az qala antihökumət sövdələşməsi olduğunu iddia edən növbəti "sensasiyalı” materialın yayılması ilə eyni vaxta təsadüf edib.

Bunun üçün İslam Əməkdaşlığı Təşkilatının Avropa İttifaqındakı nümayəndəsi diplomat Arif Məmmədovun facebook-dakı statusu "əsas” olub. O, mayın 19-da Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın zamanı insanların həlak olmasında kifayət qədər emosional şəkildə məmurları ittiham edib.

Bu statusu "layk” edən diplomatlar da "üsyançı” hesab olunub. Onlar arasında Azərbaycanın Brüsseldəki diplomatik missiyasının əməkdaşı və Kiyevdəki səfirin oğlu Anar Mədətli də var idi.

Lakin ola bilər ki, facebook-dakı nəşrlə səfirin geri çağırılması arasında heç bir əlaqə yoxdur. İstənilən halda, iyunun 3-də gün ərzində XİN-in mətbuat xidmətindən bu məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

.

contact.az

.

Maybe you are interested in:

Arif Məmmədov: Onlar ölkənin xərçəng şişidir

ABŞ səfiri: “Hazırda birgə komissiyanın yaradılmasının dəqiq vaxtı barədə danışıqlar aparırıq”

Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışı olub

İlham Əliyev Polşa səfirinin etimadnaməsini qəbul edob

Vasif Talıbov iqtidardakı naxçıvanlı məmurlarla niyə yola getmir?

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz