Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Arif Məmmədov: Onlar ölkənin xərçəng şişidir

 

Avropa İttifaqı yanında İslam Əməkdaşlıq Təşkilatının keçmiş nümayəndəsi Arif Məmmədov Azərbaycan prezidenti İlham Əliyevə açıq məktubla müraciət edib.

A.Məmmədovun Facebook səhifəsində yaydığı məktubunda deyilir ki, səfirlərin ölkə rəhbərliyinə qarşı guya çeviriliş hazırlamaları barədə yazıları pezidentin ətrafında olan müəyyən şəxslər himayə edir.

"Mən əvvəllər də öz məktubumda sizə bildirmişdim ki, Azərbaycan hökumətindəki müəyyən şəxslər öz gərəksiz fəaliyyətlərinə haqq qazandırmaq üçün Qərb, Avropa Şurası, Avropa İttifaqı, indi də səfirlərə qarşı hiylələrə əl atırlar.

Təxribat bu insanların qadir olduqları yeganə nəsnədir. Onlar Azərbaycan xalqına, ağıllı və bacarıqlı insanlara nifrət edirlər, çünki onları gərəksiz olan özlərinə təhlükə kimi görürlər”, diplomat yazır.

"Cənab prezident,

Cəsarətli qərarlar qəbul etməyin və ölkəni bu natəmizlikdən xilas etməyin vaxtıdır. Bu insanlar sizin imicinizə ziyan vurur və dünyada qəsdən ölkə haqqında mənfi imic yaradırlar. Onlar ölkənin xərçəng şişidir.

Siz həmin insanları çox yaxşı tanıyırsınız. Onlar sizin komandanın sonuncu ən yaxşı kadrlarına hücum edirlər. Bu gün onlar xarici işlər naziri başda olmaqla ölkənin ən yaxşı diplomatlarını hədəf kimi seçiblər.

Əgər siz təcili qərarlar qəbul etməsəniz onlar dayanmayacaqlar. Azərbaycan xalqı sizin düzgün qərarlar qəbul edəcəyinizə ümid bəsləyir”, bəyanatda deyilir.

Xatırladaq ki, bundan əvvəl Haqqin.az saytı bir qrup diplomatı ölkə rəhbəriyinə qarşı qəsd hazırlamaqda ittiham edib. Buna əsas kimi Arif Məmmədovun Facebook-da dövlət məmurlarının xəyanətkarlığı və səriştəsizliyi, bu səbəbdən yaşayış evində insan tələfatı ilə nəticələnən yanğının baş verməsi barədə məqaləsi götürülüb. Bu yazını "like” edən bir neçə nəfər Xarici İşlər Nazirliyinin əməkdaşı işdən çıxarılıb. A.Məmmədov İƏT-də öz postundan istefa verərək siyasi fəaliyyətə başladığıını və Azərbaycanın böhrandan çıxarılması üçün proqram hazırladığını bəyan edib.

.

contact.az

.

Maybe you are interested in:

Malena Mard: “Azərbaycanla strateji tərəfdaşlıq sazişi üzərində iş davam edir”

Ann Brasserin İlham Əliyevə çağırışı

Prezident İlham Əliyev: “Ermənistan Azərbaycanı təxribata çəkir”

AŞ Nazirlər Komitəsi İlqar Məmmədovun həbsdə saxlanmasından narahatdır

ABŞ prezidenti Barak Obamaya açıq məktub

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz