Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Vasif Talıbov iqtidardakı naxçıvanlı məmurlarla niyə yola getmir?

Muxtar respublikaya və bütün pul axınlarına şəriksiz nəzarət iddiası onu Azərbaycanın ən qüdrətli simaları ilə üz-üzə qoyub

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla Bakıda yüksək vəzifə tutan Naxçıvan kökənli dövlət rəhbərlərinin "savaş”ı haqda dəfələrlə yazmışıq. Naxçıvan "xanı”nın bu qəbildən olan növbəti müharibəsi Bakı polisinin şefi Rafiq Abbasovla başlayıb. Vasif Talıbovun bu cür davranışının arxasında nə dayanır? Niyə Vasif Talıbov Bakıda vəzifə tutan naxçıvanlı məmurları sevmir?  

Bu sualların çox sadə bir cavabı var. Vasif Talıbov Naxçıvana kimsənin müdaxiləsini, onun işinə qarışılmasını sevmir. Bu, yalnız siyasi iddia və hakimiyyət qüruru deyil. Vasif Talıbov Naxçıvanı şəriksiz "votçina”sına çevirənə qədər çoxları ilə döyüşüb. Bu sırada hətta ölkənin ən qüdrətli simalarından olan general Bəylər Əyyubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, AZAL prezidenti Cahangir Əsgərov da var. Onlarla döyüşə-döyüşə Talıbov bütün dövlət strukturlarında dövr edən pul axınına birbaşa özü  nəzarəti ələ alıb. Kadr təyinatı, bölgənin yaratdığı dövlətlərarası biznesə nəzarət paketi məhz onun əlində cəmləşib. Hakimiyyətdə kifayət qədər ciddi ranqı olan adları yuxarıda çəkilən və çəkilməyən məmurlarsa təbii ki, belə durumu sevmirlər, onunla barışmaq istəmirlər. Lakin prezidentin yanında olan üstün statusu V. Talıbova imkan verib ki, Azərbaycana hökm edən qüdrətli simaların təsir imkanları Naxçıvan sərhədləri içərisində işləməsin.

Lakin kifayət qədər abırlı, iddiasız məmur olan Bakı polisinin "şefi” ilə Naxçıvan "xanı”nın münasibətlərinin niyə görə bu səviyyədə kəskinləşməsi hələlik qaranlıq  qalır.

Yada salaq ki, V.Talıbovun tapşırığı ilə "Naxçıvan Qaz” İstehsalat Birliyinin rəisi Səxavət Abbasov ev dustağı edilib. Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun yeznəsi (bacısının həyat yoldaşı) olan S.Abbasov qeyri-rəsmi olaraq "Naxçıvanda hakimiyyət dəyişikliyi etməyə cəhddə”, "Vasif Talıbova qarşı kampaniya aparmaqda” suçlanır. Onun iş yerində, evində, yaxın qohumlarının evində axtarışlar aparılıb.

Qaynağımız deyib ki, V.Talıbov Bakı polisinin rəisinin yaxınlarını Naxçıvana buraxmır: "Rafiq Abbasov Şahbuz rayonunun Mahmudoba kəndindəndir. Həmin kənd böyük şairimiz Məmməd Arazın kəndinə qonşu kənddir. Dağların ətəyindədir. Rafiq Abbasovun qardaşları, yaxınları orada özlərinə evlər tikdiriblər. Bir ay əvvəl onlar Mahmudobaya getmək üçün Naxçıvana gəliblər. Lakin Vasif Talıbovun əmrinə əsasən onları geri qaytarıblar. Bundan sonra tərəflər arasında ziddiyyətlər daha da dərinləşib”. 

Yazıda adıçəkilən hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

.

musavat.com

.

Maybe you are interested in:

Sabotajla məşğul olan şəxslər ciddi cəzalanacaq

Əfqanıstanın neft naziri Bakıda səfərdədir

Minval.az: Head of Nakhijevan has ties with followers of Gülen and secretly cooperates with PKK and Israel

Sədərək gömrüyünün həbsdəki rəisinin şok əməlləri

RWB: Azerbaijani President and Supreme Council President of Nakhchivan Autonomous Republic included in 'press predators' list

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz