Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Sədərək gömrüyünün həbsdəki rəisinin şok əməlləri

Araşdırmaçı jurnalist Mirməhəmməd Seyidovun keçid məntəqəsində hansı oyunlardan çıxdığından yazdı

Araşdırmaçı jurnalist Elman Abbasov Sədərək Dövlət Gömrük Keçid Məntəqəsində baş verənlər haqda yazı yazıb. Həmkarımız dekabrın 17-də Türkiyədə korrupsiya və çirkli pulların yuyulmasına qarşı başladılan əməliyyatlar və həbslər zamanı nazir övladlarının, digər vəzifəli AKP-çilərin həbsini xatırladaraq olaya bütün dünya mətbuatının diqqət yetirdiyini qeyd edir.
Azərbaycan mətbuatını bu həbslərə kifayət qədər diqqət ayırmamaqda suçlayır: "Əməliyyatlar və həbslər davam etməkdədir. Elə ilk əməliyyatda Azərbaycanın strateji əhəmiyyətli postlarından birinin, Türkiyə ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən yeganə ərazinin - Sədərək Dövlət Gömrük Keçid Məntəqəsinin sədri Mirməhəmməd Seyidovun İstanbuldan Qarsa uçduğu zaman hava limanında həbs olunduğu xəbəri yayıldı. İki gün Azərbaycan mətbuatında hadisə ilə bağlı gedən səthi xəbərlərdən sonra sanki belə bir hadisə olmamış kimi mövzu qapadıldı”.
Əslində isə hörmətli həmkarımız gündəmin sürətlə dəyişməsi və bu olayın üstünə gedə biləcək əsas mətbu orqanlardan biri kimi "Yeni Müsavat”ın da dəyişən gündəmə daha çox diqqət ayırmasına əhəmiyyət verməyib. Belə desək, AXCP-Musavat dartışması M.Seyidovun həbsi olayını arxa plana keçirib.
Həmkarımız yazır: "Gömrük şefi Mirməhəmməd Seyidov və ətrafındakı qolbəyiləri - Qaçaqmalçılıq Şöbəsinin rəisi Vüsal Həsənov, onun və Mirməhəmməd Seyidovun adlarını bilmədiyim sürücüləri, vəzifəsini bilmədiyim Zülfüqar adlı gömrük işçisi, yük bölməsinin Namiq adlı rəisi və digərləri, eləcə də gömrükdən qaçaq siqaret və yanacaq keçirərək qeyri-qanuni yollarla qazanc əldə edən bir qrup 2012-ci ilin dekabr ayının 8-də cinayət məsuliyyətinə cəlb olunmalı idilər.  Həmin vaxt iş adamı Məmməd Qurbanov Sədərək Dövlət Gömrük Məntəqəsində ondan gətirdiyi mallara görə əlavə rüsum tələb edildiyi üçün dəfələrlə araşdırma aparılması üçün MR Gömrük Komitəsinə müraciət etsə də, heç bir araşdırma aparılmamış, məcburiyyət qarşısında qalan iş adamı araşdırma aparmaq üçün bizə müraciət etmişdi. 2012-ci il dekabrın 8-də araşdırma aparmaq üçün mən və həmkarım jurnalist, eyni zamanda hüquq müdafiəçisi İlqar Nəsibov gömrükdə olmuşduq. Qanun pozuntusuna yol vermədən, qanunun bizə tanıdığı haqlardan istifadə edərək iş adamının dediklərinə münasibət öyrənmək istəmişdik.
Özünü mafiya rəhbəri kimi aparan Mirməhəmməd Seyidov suallarımızı cavablandırmaqdan imtina etdi. Sonradan iş adamı ilə onlar arasında yaranan mübahisə davaya çevrildi. Onlar əvvəlcə iş adamı Məmməd Qurbanovu, kürəkənləri Nadir Məmmədov və Toğrul Abbasovu yaxşıca əzişdirdilər. Sonradan çəkiliş apardığımızı görüb bizə hücum etdilər, fiziki güc göstərdilər, bir diktafon və iki "Fillip” kameramız əlimizdən alındı. İlqar Nəsibov və mən saatlarla oturduğumuz avtomobildən çıxa bilməyib mühasirədə, girov vəziyyətində saxlandıq. Söyüldük, təhqir olunduq. Mirməhəmməd Seyidov dəfələrlə barmaq silkələyərək bizi həbs etdirməklə təhdid etdi. Nəhayət, diplomatik korpus nümayəndələrimin, yerli hüquq müdafiəçilərinin və Prezident Administrasiyasının müdaxiləsindən sonra jurnalist və hüquq müdafiəçisi olduğumuz üçün geri çəkildilər. Üzərimiz axtarıldıqdan, telefonlarımızın yaddaşları silindikdən sonra texniki avadanlıqlarımız qaytarılmadan biz evə buraxılsaq da, iş adamı və kürəkəni Nadir Məmmədov şərlənərək həbs olundular, işgəncəyə məruz qaldılar, iş adamının 10 min manatlıq malı gömrükdə məhv edildi, avtomobili və yük maşını qanunsuz olaraq uzun müddət polisdə saxlandığı üçün onun anbarda olan 30 min manat dəyərində ərzaq malı xarab oldu. Bu azmış kimi, Sədərək polisində adamın 45 min manatlıq avtomobilinin  mühərrikinə maddə tökərək sıradan çıxardılar. Anidən baş verən hadisələr uzun müddət bizdə şok effekti yaratmışdı. Çünki bu cür hadisələri, özlərini bu cür aparan məmurları və özbaşınalıqları mən dedektiv filmlərdə görmüşdüm. Hətta Bakıda yerləşən beynəlxalq təşkilatlardan biri ilə görüşərkən hadisəni nəql edəndə, tərcüməçi xanım: "bu, hansısa detektiv filmin ssenarisidir?” -deyə sormuşdu.
Hadisə zamanı Mirməhəmməd Seyidov və onun ətrafındakı qoçular jurnalistlərin peşə fəaliyyətinə mane olmuşdular, öz vəzifə səlahiyyətlərini aşmışdılar, jurnalist və iş adamını döymüşdülər, həmçinin qanunsuz olarqa jurnalistlərin texniki avadanlıqları zorla əlindən alınmışdı, jurnalistləri girov saxlanmışdılar, iş adamından gətirdiyi mallara əlavə rüsum tələb edilmişdi.
Ən azı bu səbəblərə görə gömrük şefi və ətrafında olan dəstəyə cinayət işi açılmalı idi. Amma nə fayda, məhkəmələrin sifarişlə işlədiyi, polisin qanunları tapdaladığı, vətəndaşların deyil, asılı olduğu fərdlərin mənafeyini, təhlükəsizliyini qoruduğu bir ölkədə yaşayırıq. Təəssüf.... Burada həm suçlu həm güclü məsəli yada düşür. Əksinə, elə məhkəmədə Mirməhəmməd Seyidov və onun öyrətdiyi şəxslər iş adamının və kürəkəninin əleyhinə qondarma izahat verərərk utanmadan, qızarmadan üzlərinə  duraraq həbs etdirdilər. Adıçəkilən məmur və işçilərin izahatını da elə Vüsal Həzənovun özü yazdırmışdı.
 Sonradan apardığımız araşdırmalar zamanı bəlli oldu ki, əslində nəinki iş adamlarının gətirdiyi mallardan əlavə rüsum tələb edilməli, hətta onun muxtar respublikaya gətirdiyi mallar uşaq yeməkləri olduğu üçün bir çoxu gömrük rüsumundan azad olmalı idi.
Hadisəyə qədər də işlərimlə bağlı bir neçə dəfə  Türkiyəyə gedib-gələrkən həmin gömrük keçid məntəqəsində heç bir səbəb olmadan məni  saxlayaraq  əməllibaşlı üst-başım axtarmışdılar. Baxmayaraq ki, orada monitor quraşdırılıb. Sadəcə yüzlərlə vətəndaşın içərisindən məni seçərək bu işi görür, texniki avadanlıqlarım- diktafon, fotoaparat, «Fillip» kamera, yaddaş kartım əlimdən alınır, baxış keçirilir, yazı kitabçamda qeydlərim belə oxunur, psixoloji basqı göstərilirdi. Bu işi hər dəfəsində V. Həsənovun şəxsən özü edir və təkidlə  bir daha gömrüyə gəlməməyi istəyirdi, səbəbini isə açıqlamırdı. Bir ildən artıq vaxt keçdikdən sonra, 17 dekabrda  Türkiyədə əməliyyatlar zamanı  gömrük şefi M. Seyidovun həbsi, qaçaqmalçılıq və rüşvətdə ittiham olunması  mənim və həmkarlarımın gömrük keçid məntəqəsinə gedərkən gömrükçülərin narahatlıq keçirməsinin əsil səbəblərini ortaya çıxardı.
Məlumatlarda istintaq zamanı M. Seyidovun telefon danışıqlarının Türkiyə tərəfdən iki il müddətində dinlənildiyi bildirilir. Demək ki, gömrükdə bu cür  qanunsuz əməllər uzun müddətdir baş verir. M. Seyidova qarşı sürülən iddialar təsdiq olunarsa, adıçəkilən gömrük məntəqəsi dövlət üçün strateji əhəmiyyətli bir post olduğu üçün burada digər orqanlar və yüksək vəzifəli şəxslər də məsuliyyət daşıyırlar. Təbii ki, bu cür halda M. Seyidovun bu cür işlərlə öz başına məşğul olması inandırıcı görünmür. Hadisə ciddi araşdırılmalı və günahkarlar tapılaraq cəzalandırılmalıdır. Ən azından bu cür bir hadisədən sonra Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov istefa verməli idi. Hərçənd ki, bizdə istefa mədəniyyəti yoxdur".

.

musavat.com

Дайджест

Maybe you are interested in:

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağ, TANAP və Bakı-Tbilisi-Qars dəmiryol layihələrindən danışıblar

Yeni sərhəd terminalı

Vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri “Azadlıq”da axtarışı pislədilər

Leyla Yunus və digər Siyasi Məhbusların Hüquqlarının Müdafiə Komitəsinin

Partiyalar X.İsmayılın həbsinə etiraz edirlər

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz