Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ANS Avropa və İnsan Hüquqları Məhkəməsini yada salıb

 

Azərbaycanda Milli Teleradio Şurasının timsalında senzura yenidən yaranır ki, bu  ANS telekanalını sıxışdırır. telekanal rəhbərliyi öz hüquqlarını hətta Avropa İnsan Hüquqları Məhkəməsində belə müdafiə etmək fikrindədir.  "Bu, söz azadlığı və demokratiyanın pozulmasıdır”,- yanvarın 22-də axşam mətbuat konfransında ANS-in direktoru Mirşahin Ağayev qanunvericiliyi pozduğuna görə "Hesabat” verilişinin bir ay efirə çıxmasının qadağan edilməsi barədə MTRŞ-nin qərarını şərh edərkən bildirib.

Sonra o, MTRŞ-ni mənimsəmədə ittiham edərək bildirib ki, teleserialların çəkilişinə ayrılan 10 mln. manat harasa yoxa çıxıb. ANS-in həmin 10 mln. manatın hara sərf olunması ilə bağlı suala cavab almaq cəhdləri telekanala hücumlara səbəb olub”, - M.Ağayev qeyd edib.

Sonra o deyib ki, ANS öz hüquqlarını bütün legitim metodlarla müdafə edəcək və MTRŞ-yə qarşı məhkəmə iddiası qaldıracaq.

"Əgər məhkəmə qərarı qanundankənar olarsa, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik”, - M.Ağayev bildirib. O, Azərbaycan məhkəmələrinin ədalətsizliyindən gileylənib. Eyni zamanda o ümidvar olduğunu bildirib ki, ölkənin siyasi rəhbərliyi telekanalı dəstəkləyəcək. M.Ağayev  MTRŞ-nin qərarının arxasında siyasi rəhbərliyin iradəsinin durması barədə fikirlə razı olmadığını deyib.

Hökümətyönlü telekanal hesab edilən ANS  son aylar MTRŞ-nin təzyiqlərinə məruz qalıb. Məhkəmə iddiaları nəticəsində telekanal ümumilikdə 300 min manat məbləğində cərimə edilib. Cərimələr üçün əsas kimi reklam haqqında qanun və digər aktlarla bağlı qanun pozuntuları olub.

Qeyd edək ki, indiyədək telekanal heç zaman Azərbaycanda söz azadlığı və demokratiyanın pozulduğunu bəyan etməyib, bildirib ki, əksinə, bütün beynəlxalq tənqidlər erməni lobbisindən və Azərbaycana dost olmayanlardan gəlir. 

.

www.contact.az

.

Maybe you are interested in:

Avropa insan haqları komissarı Xədicə İsmayılovanın işi ilə bağlı AİHM-ə müraciət edib

A.Rəhimov: Avropa Oyunları 1 mlrd. manata başa gəlib

Baş prokuror Aİ-nin İnsan hüquqları üzrə xüsusi nümayəndəsini qəbul edib

Avropa İnsan Hüquqları Məhkəməsi Üzeyir Cəfərovun xeyrinə qərar çıxarıb

İnsan Hüquqlarını Müdafiə Rəsədxanası: Avropa Oyunları ərəfəsində vəziyyət daha da pisləşəcək

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz