Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Alyans iqtidarı vətəndaş cəmiyyətinə qarşı qisasçılıqda ittiham edir

 

"Siyasi Məhbuslarsız Azərbaycan” Alyansı insan haqları sahəsindəki qanunsuzluqlarla bağlı bəyanatla çıxış edib.

Sənəddə son vaxtlar ölkədə vətəndaş cəmiyyəti fəallarına qarşı repressiya və qanunsuz həbslərin artan xətlə inkişaf etdiyi nəzərə çatdırılır. Hakim ailə və oliqarx məmurların gizlin biznes şəbəkələrini ifşa edən Xədicə İsmayıla yeni ittihamların irəli sürülməsi hakimiyyətin qisasçılıq cəhdinin gücləndirilməsi kimi dəyərləndirilir.

AXCP Mingəçevir təşkilatının fəalı Qadir Xudabaxşıyevin həbsi sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsilə əlaqələndirilir.

İlham Əliyevin bu ilin yanvarında Almaniyaya səfəri zamanı bu ölkədə yaşayan Tural Sadıqlının etiraz aksiyasına qatılması ilə bağlı Bakıda qardaşı və atası Əlövsət Sadıqlının həbsə məruz qaldığı sənəddə əksini tapır. Bu həbslər hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı növbəti cəhdi kimi qiymətləndirilir.  

Bununla yanaşı sənəddə siyasi fəaliyyətinə görə məhkum edilən Yadigar Sadıqlının müalicəsi yarımçıq saxlanılaraq həbsxanaya qaytarılması, hüquqşünas İntiqam Əliyevin səhhətindəki problemlərə baxmayaraq, barəsində həbs qətimkan tədbirinin dəyişdirilməməsi də rəsmi Bakının vətəndaşların ictimai-siyasi fəallığına münasibətinin göstəricisi kimi dəyərləndirilir.     

Məhkum Lamiyə Quliyevanın həbs yerində uşaq dünyaya gətirməsinə hakimiyyətin adekvat reaksiya verməməsinin ciddi narahatlıq doğurduğu da nəzərə çatdırılır. 

Sənəddə son həbslərin iqtidarla müxalifət arasında keçirilən görüşlər fonunda baş verməsi təəssüf doğuran hal kimi diqqətə çatdırılır.   

Müəlliflər son olaraq bu həbslərin dayandırılmasını, həbsdə olan siyasi məhbusların qeyd-şərtsiz azad olunmalarını tələb edirlər.-

.

contact.az

.

Maybe you are interested in:

Müxalifətçinin qardaşı ev dustaqlığına buraxılıb

AXCP fəalı həbs edilib

Leyla Yunus və digər Siyasi Məhbusların Hüquqlarının Müdafiə Komitəsinin

Partiyalar X.İsmayılın həbsinə etiraz edirlər

IGPA: Xədicə İsmayılovaya qarşı təqiblərə son qoyulsun

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz