DİN rəhbəri ABŞ səfirini qəbul edib
DİN rəhbəri Ramil Usubov martın 13-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekyutanı qəbul edib.
Ramil Usubov səfirə kriminal vəziyyətin nəzarət altında olması, xarici səfirliklərin təhlükəsizliyinin təmin edilməsi barədə məlumat verib.
Nazir qeyd edib ki, polislərin vətəndaşlara qarşı kobud münasibəti, əsassız bölməyə gətirilmə, saxlanma, məsuliyyətə cəlb edilmə kimi məsələlər DİN rəhbərliyinin bilavasitə nəzarəti altındadır. Pozuntulara yol vermiş əməkdaşlar ciddi cəzaya məruz qalır. Nazirin sözlərinə görə, son 5 ildə 1514 polis əməkdaşı inzibati cəzaya cəlb edilib. Onların 108 nəfəri tutduğu vəzifədən azad edilib, 95 nəfəri polis orqanlarından qovulub, 8 əməkdaşın rütbəsi kiçildilib, 11 nəfəri cinayət məsuliyyətinə cəlb edilib.
Görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunub, deyə DİN-in press-relizində bildirilir.
.
Maybe you are interested in:
Məhkəmə Gültəkin Hacıbəylini 500 manat cərimə edib
Yanvarda 552 nəfərə işsiz statusu verilib