Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Vaşinqtonda Cənub Qaz Dəhlizi ilə bağlı dinləmələr

 

Aprelin 14-də Vaşinqtonda Vilson adına Mərkəzdə Cənub Qaz Dəhlizinin rolu və əhəmiyyəti mövzusunda dinləmələr keçiriləcək.

Dinləmə təşkilatçılarının ilkin məlumatında deyilir ki, tədbir iştirakçıları regionun yeni geosiyasi gerçəklərini, xüsusən, "Türk axını” layihəsinin yaranması fonunda tarixən Rusiyadan enerji resursları tədarükündən asılı olan Şərqi və Mərkəzi Avropa ölkələrinin enerji təhlükəsizliyi problemlərini qiymətləndirəcəklər.

Dinləmə məruzəçiləri arasında dövlət katibinin energetika məsələləri üzrə köməkçisi Amos Xoçşteyn, ABŞ-ın Bakıda keçmiş səfiri Riçard Kozlariç, Bakıda daha bir keçmiş səfir Riçard Morninqstar, Vilson Mərkəzinin eksperti Yan Kalitski və başqaları var, xəbəri Turan-ın Vaşinqton müxbiri verib. 

.

contact.az

.

Maybe you are interested in:

ABŞ Helsinki Komissiyası Azərbaycana dair dinləmələr keçirəcək

ABŞ Senatında Azərbaycanda demokratiyanın vəziyyətinə dair dinləmələr keçiriləcək

ABŞ Konqresində Azərbaycanda insan haqqlarına dair dinləmələr keçiriləcək

Dövlət başçısı İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə enerji məsələlərini müzakirə edib

Vaşinqtonda “ABŞ-ın sanksiyaları Azərbaycan dissidentlərinə kömək edə bilərmi” mövzusunda dinləmə keçirilir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz