Federal lәzgi
milli-mәdәni muxtariyyәti

MÜSABİQƏYƏ YEKUN VURULDU

 

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan "Vergilər uşaqların gözü ilə" adlı rəsm müsabiqəsinin qalibləri müəyyənləşdi.
Uşaq və gənclər arasında vergi biliklərinin artırılmasnın, bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini nəzərə alan Vergilər Nazirliyinin təşəbbüsü ilə 2003-cü ildən başlayaraq hər il 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan "Vergilər uşaqların gözü ilə" adlı rəsm müsabiqəsi keçirir. Məqsədi gələcəyin vergi ödəyiciləri olan gənclərə vergilər haqqında bilik və anlayışların uşaqların başa düşə biləcəyi formada çatdırılmasından ibarət olan növbəti "Vergilər uşaqların gözü ilə" müsabiqəsi 3 saylı Ərazi Vergilər İdarəsinin əhatəsində olan rayonlarda keçirilmişdir. Müsabiqədə 5-8, 9-12, 13-17 yaş qrupları üzrə məktəblilər iştirak etmişlər. Şagirdlər tədris prosesi zamanı vergilər barədə müəllimlərindən və valideynlərindən aldıqları bilikləri kağız üzərində əks etdirmişlər. Nümayiş etdirilən rəsmlər rayon təhsil şöbələrinin, "Vergi dostları" layihəsinin nümayəndələrindən ibarət münsiflər tərəfindən dəyərləndirilərək müvafiq nominasiyada 1-ci, 2-ci və 3-cü yerləri tutan qaliblər müəyyən olunmuşdur. Qaliblərlə tanış olun: 5-8 yaş qrupu üzrə: 1-ci yer-Amina Salahova, Qusar şəhər 2 saylı tam orta məktəbinin 1-ci sinif şagirdi; 2-ci yer-Rəşad Rəhimov, Qusar rayonu Avaran kənd tam orta məktəbinin 3-cü sinif şagirdi; 3-cü yer-Mehrin Balabəyov, Şabran şəhər 2 saylı tam orta məktəbinin 3-cü sinif şagirdi. 9-12 yaş qrupu üzrə: 1-ci yer-Vüqar Niftəliyev, Qusar şəhər 6 saylı tam orta məkəbinin 6-cı sinif şagirdi; 2-ci yer-Günay Qədimova, Xaçmaz şəhər 3 saylı orta məktəbin 7- ci sinif şagirdi; 3-cü yer-Nərmin Mahmudova, Quba rayon, Barlı kənd tam orta məktəbin 4-cü sinif şagirdi. 13-17 yaş qrupu üzrə: 1-ci yer-Əlsafa Rəşidov, Quba rayonu I Nügədi kənd tam orta məktəbinin 10-cu sinif sagirdi; 2-ci yer-Farid Məmmədov, Qusar rayonu Aşağı Ləgər kənd tam orta məktəbinin 10-cu sinif şagirdi; 3-cü yer-Tərlan Məhərrəmov, Xaçmaz şəhəri 3 saylı orta məktəbinin 9-cu sinif şagirdi. Qaliblər 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən mükafatlandırılmış, onlara qiymətli hədiyyələr və diplomlar təqdim edilmişdir. 1-ci yerlərə layiq görülmüş rəsmlər "Vergi uşaqların gözü ilə" jurnalında çap olunmaq üçün Vergilər Nazirliyinə təqdim edilmişdir. Qeyd edək ki, hər il müsabiqədə nümayiş etdirilən rəsmlər nəfis tərtibatda albom şəkilində Azərbaycan və ingilis dillərində nəşr olunur və Vergilər Nazirliyi tərəfindən keçirilən tədbirlərdə nümayiş etdirilir.

Nizaməddin MirzƏbƏyov

.

gusarpress.com

.

Maybe you are interested in:

BÖYÜKLƏR KİÇİKLƏRİN HÜQUQLARI HAQQINDA

VERGİ VERƏN İNKİŞAFIMIZA KÖMƏK EDİR

KİÇİKLƏRİN KİTAB SEVİNCİ

ŞAGİRDLİKDƏN DİREKTORLUĞADƏK

Ağaclar çoxdur, lakin hamısı meyvə vermir. Meyvələr də çoxdur, lakin hamısı dadlı deyil. Elmlər də çoxdur, lakin hamısı faydalı deyil...

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz