BÖYÜKLƏR KİÇİKLƏRİN HÜQUQLARI HAQQINDA
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda öz əksini tapmış əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar uğurla həyata keçirilməkdədir.
Bu məqsədlə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə oktyabrın 20-dən noyabrın 20-dək respublikamızda "Uşaq hüquqları aylığı"nın keçirilməsi planlaşdırılıb.
Aylıq çərçivəsində növbəti tədbir Çiləgir kənd tam orta məktəbində baş tutmuşdur.
Məktəblilər və məktəb kollektivi ilə görüşə gələn RPŞ-nin əməkdaşı Taleh Şahverdiyev dövlətimiz tərəfindən uşaqlara göstərilən qayğıdan, onların hüquqlarının qorunması sahəsində görülən tədbirlərdən ətraflı danışmışdır. Vurğulanmışdır ki, 1979-cu il bütün dünyada "Uşaq ili" kimi qeyd olunmuşdur. Bununla da beynəlxalq miqyasda uşaq hüquqları barəsində düşünüldü, müzakirələr keçirildi, yeni qanunlar hazırlanıb qəbul edildi.
BMT-nin Baş Məclisi 1989-cu ildə Uşaq Hüquqları haqqında Konstitusiyanı yekdilliklə qəbul etmişdir. Məzmunu, əsas ideyası uşaq şəxsiyyəti olan bu Konstitusiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin zəruriliyi daim gündəmdədir.
Azərbaycan Prezidenti İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli sərəncamı ilə 2009-cu ilin ölkəmizdə "Uşaq ili" elan olunması Azərbaycanda uşaqların inkişafı naminə və uşaq hüquqlarının təmin olunması istiqamətində yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirib.
Məktəblilərin görüşünə gələn qonaqlardan polis mayoru Ədalət Vəliyev və polis leytenantı Dilqəm Bayramov Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan hüquqları, bu sahədə olan beynəlxalq sənədlər və müdafiə mexanizmləri, o cümlədən "Uşaq Hüquqları Konvensiyası" və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun əsas müddəaları ilə bağlı iştirakçılara ətraflı məlumat veriblər.
Onlar belə tədbirlərin yerlərdə tez-tez keçirilməsinin müsbət nəticələrindən söhbət açmışlar. Vurğulanmışdır ki, son illər Çiləgir kəndinin uşaqları barəsində polis şöbəsinə bu və ya digər problemlə bağlı heç bir yazılı və şifahi məlumat daxil olunmamışdır.
Tədbirdə iştirak edən şagirdlərə Ombudsmanın 10 dekabr Beynəlxalq İnsan Hüquqları günü münasibətilə elan etdiyi "Mən və hüquqlarım" mövzusunda uşaq rəsmlərinin ənənəvi müsabiqəsində fəal iştirak etmələri tövsiyə olunub.
Bu isə olduqca sevindirici, vacib və əhəmiyyətli bir amildir.
Cavid TAHİROV
.
Maybe you are interested in:
Sivil Toplum Platformasının mövqe sənədi
ATƏT-da FLMMM-in səsi
MÜƏLLİM-ƏN UCA AD, ƏN ŞƏRƏFLİ PEŞƏ!