Ağaclar çoxdur, lakin hamısı meyvə vermir. Meyvələr də çoxdur, lakin hamısı dadlı deyil. Elmlər də çoxdur, lakin hamısı faydalı deyil...
Fevralın 5-də, elm ocağına fayda gətirən Sumqayıtda fəaliyyət göstərən "Panda School" Məktəbəqədər Hazırlıq Mərkəzinin Qusar rayonunda filialının açılış mərasimi keçirilmişdir. Açılışda Qusar Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, YAP rayon təşkilatının, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən "Panda School" Məktəbəqədər Hazırlıq Mərkəzi Qusar Filialının direktoru Kamran Tahirov rəhbərlik etdiyi təhsil müəssisəsinin rayonda azyaşlı uşaqların intellektual potensialının üzə çıxarılmasında əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib. "Panda School" Məktəbəqədər Hazırlıq Mərkəzinin təsisçisi və direktoru Elvin Dadaşov rayon sakinlərini təbrik etməklə bərabər, məqsədi azyaşlı Azərbaycan övladlarını intellektli yetişdirmək, Vətənimizin elmi potensialını dünyada tanıtmaq olan təhsil ocağının perspektiv planları ilə tanış etmişdir. Xatırladaq ki, "Panda School" Məktəbəqədər Hazırlıq Mərkəzi 2014-cü ilin sentyabrında Sumqayıtda fəaliyyətə başlayıb və həmin ilin dekabrında onun əsas mərkəzinin bünövrəsi qoyulub. Mərkəzlər başlıca olaraq məktəbəqədər tədrislə məşğuldur. Qusar filialında 4-6 yaşlı uşaqlar və məktəblilər üçün ingilis və rus dillərində danışıq kursları, ətraf aləmlə tanışlıq, Ana dili və nitqin inkişafı və digər fənlər, "Məktəblilərin gündəlik dərslərə hazırlığı", kompüter kursları və rəssamlıq dərnəyi təşkil olunub. Dərslərin yüksək səviyyədə keçirilməsi məqsədi ilə mərkəzdə uşaqlar üçün yaxşı şərait yaradılmış, yüksək bilikli müəllimlər seçilmişdir. Yeni açılmış "Panda School" Qusar filialına bağça yaşlı uşaqların, eləcə də məktəblilərin qəbulu davam edir.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
Qusar Rayon İcra Hakimiyyəti başçısının sərəncamı
Şərh əlavə edin