Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Amerika tələbələri Azərbaycan hakimiyyətini İntiqam Əliyevi azad etməyə çağırıblar

 

İyunun 30-da hüquq təhsili alan bir qrup amerikalı tələbə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova məşhur hüquqşünas və hüquq müdafiəçisi İntiqam Əliyevin həbsini pisləyən məktub göndəriblər.

Tələbələr Azərbaycan hakimiyyətini Əliyevi azad etməyə və onun hüquq müdafiə fəaliyyətini, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlər göndərməyi davam etdirməsinə icazə erməyə çağırıblar.

Məktubu Nyu-York Hüquq Məktəbinin tələbələri imzalayıblar. ABŞ-ın müxtəlif ali məktəblərindən 50-dən çox şəxs onlara qoşulub.

"İnsan hüquqlarının və xüsusən hüquqşünasların və hüquq müdafiəçilərinin hüquqlarının təşviqinə və müdafiəsinə şərait yaradan tələbə təşkilatı olaraq, Azərbaycanda bu cür təqiblərdən ciddi narahatlıq duyuruq”, deyə məktubda qeyd edilir.

Tələbələr həmçinin qeyd edirlər ki, İntiqam Əliyev saxta ittihamlarla həbsə düşmüş yeganə hüquq müdafiəçisi deyil.

"Hakimiyyətiniz Leyla və Arif Yunusu, Rəsul Cəfərovu və digər ictimai xadimləri və fəalları da həbs ediblər, digərlərinin isə ölkəni tərk etməsini qadağan ediblər və hesablarını dondurublar.

Biz ABŞ Dövlət Departamentinin çağırışına qoşuluruq və bu şəxslərin azad edilməsini tələsdirməyi və onlara qarşı ədalətli davranmağı, habelə onların öz əhəmiyyətli fəaliyyətlərinə qayıtmasına imkan verməyi tələb edirik”, deyə məktubda qeyd edilir. 

.

contact.az

.

Maybe you are interested in:

ATƏT PA nümayəndələri İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayıblar

40-dan çox xarici hüquq-müdafiə təşkilatı İlham Əliyevi siyasi məhbusları azad etməyə çağırıb

Con Kerriyə müraciət - Amerika-Azərbaycan münasibətlərinin gələcəyi sual altındadır

Nils Mujnieks İntiqam Əliyevin işi üzrə iradları Avropa Məhkəməsinə göndərib

Demokratiya Uğrunda Ümumdünya Hərəkatı Azərbaycan hakimiyyətini hüquq müdafiəçilərini azad etməyə çağırıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz