Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ermənistan-Rusiya münasibətləri: elektro-şok sınağı

 

Yerevanın Baqramyan prospektində "Elektrik inqilabı” Avropa və Rusiya inkişaf yolu tərəfdarları arasındakı uçurumun artdığını nümayiş etdirdi. Vəziyyət Ermənistanın 2013-cü ilin noyabrında Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaq planının pozulmasından sonra cəmiyyətin Qərbyönlü model seçimində nə qədər irəlilədiyini göstərdi.

Həmin vaxt Kremlin Sahibi tərəfindən alçaldılmış, erməni millətini təcəssüm etdirən prezident Sarkisyan Moskvaya gəlib və tələsik fərsiz oğulun Avrointeqrasiyadan üz döndürdüyü və Moskvanın himayəsi altında Avrasiya ailəsinə qayıtdığı haqqında mətni duruxa-duruxa oxuyub. Ermənilərin yaşadığı şok minlərlə insanı küçələrə çıxarmayıb, amma tarixi perspektivin seçilməsi mövzusu, demək olar ki, həmin vaxt hələ "tarixi qardaş” və dəyərlər arasında seçimin eşiyində olan hər bir erməni ailəsində müzakirə predmeti olub.

Ermənistan cəmiyyəti ikinci dəfə 2015-ci ilin yanvarında alçaldılıb, həmin vaxt Rusiya hüquq-mühafizə orqanları Gümridə əsgər Permyakovun erməni ailəsini amansızlıqla qətlə yetirməsi haqqında işi öz nəzarəti altına götürüb və onu yerli qanunlarla mühakimə etməkdən imtina edib. Uğursuzluğa düçar olmuş Avrointeqrasiyadan fərqli olaraq, Permyakovun işi artıq anti-Rusiya əhval-ruhiyyəsini gizləməyən etirazçıları küçələrə çıxarıb.

Elektrik etirazlarının Ermənistanın əyalətlərini də əhatə etməsi Rusiyanın əlaltısı kimi təsəvvür yaradan hakimiyyətdən ciddi narazılığın mövcudluğuna dəlalət edir, həmçinin, xarici siyasət vektorlarının dəyişdirilməsi zərurəti haqqında anlayışın nə dərəcədə geniş yayıldığını göstərir.

Əlbəttə, Baqramyan prospektindəki nümayişlərin operativ şəkildə Kiyevin Qruşevski küçəsindəki etirazların nəticələri kimi nəticə verəcəyi ehtimalı çox azdır. Ukrayna prezidenti Yanukoviçdən fərqli olaraq, Sarkisyan üsyançılarla güc dialoqundan kifayət qədər operativ şəkildə imtina edib.

Ermənistan hakimiyyətinin zorakılıq xəttini keçməməsi, elektrik etirazlarının başladığı dövrdə bir dəfə də olsun bu addımı atmaması faktı Sarkisyan komandasının əvvəlki illərdən və aylardan fərqli olaraq daha radikal addımlara hazır olan cəmiyyətin partlayış təhlükəli müxalif əhval-ruhiyyəsi olduğunu dərk etdiyini göstərir. Moskvanın etirazlardan sonra Yerevana müdafiə qabiliyyətinin qorunub saxlanması və elektrik tariflərinin artmasından yaranan xərclərin ödənilməsi üzrə göstərdiyi operativ kömək Ermənistanda Rusiyanın növbəti "rəngli inqilab” təhlükəsindən sovuşması kimi başa düşülüb. Lakin bundan sonra da davam edən etirazlar Ermənistan cəmiyyətinin etiraz taktikası seçməkdə haqlı olduğuna daha çox inandığını göstərə bilər.

Son çıxışlar həm də ona görə kortəbii və təsadüfi deyildi ki, Ermənistan müstəqillik əldə etdikdən < 

  Elektrik etirazlarının Ermənistanın əyalətlərini də əhatə etməsi Rusiyanın əlaltısı kimi təsəvvür yaradan hakimiyyətdən ciddi narazılığın mövcudluğuna dəlalət edir, həmçinin, xarici siyasət vektorlarının dəyişdirilməsi zərurəti haqqında anlayışın nə dərəcədə geniş yayıldığını göstərir.
1;vvəl də, sonra da Qərb dəyərləri orbitasına daxil olmaq haqqında arzuları var idi. Rusiya ilə ideyasını Moskvanın spekulyativ şəkildə qəbul etdirdiyi bir əsrlik alternativsiz əlaqə İkinci Dünya Müharibəsindən sonra Yaxın Şərqdən repatriantların köçürüldüyü andan etibarən dağılmağa başlayıb, SSRİ-nin parçalanmasından və dəmir pərdənin dağılmasından sonra isə bu proses daha da güclənib. Çoxsaylı Qərb diasporu ilə genişlənən əlaqələr sürətlə tarixi keçmişə və Rusiya ilə münasibətlərə baxışları dəyişdirirdi. Ermənistanı post-Rusiya imperiyasının ağuşunda saxlayan yeganə amillər siyasi-iqtisadi asılılıq, Qarabağ münaqişəsi, 1915-ci il faciəsindən irəli gələn mifik Türkiyə təhlükəsi idi. Amma qeyd etmək lazımdır ki, Baqramyandakı etirazlar ərəfəsində Rusiyadakı iqtisadi kollaps Ermənistana da keçib, Qarabağ məsələsi ölkəni dondurulmuş münaqişənin əsirinə çevirib, 2009-cu il Sürix Ermənistan-Türkiyə sazişlərinin müvəffəqiyyətsizliyi isə Türkiyə istiqamətində sərhədlərin açılmasına imkan verməyib.

 

Bu halda Rusiyanın gələcək addımları, Azərbaycan və Türkiyənin böhranın zəiflətdiyi Ermənistandakı vəziyyətə reaksiyası haqqında məsələ maraq doğurur.

Rusiya. Kremlin operativ reaksiyasından göründüyü kimi, Rusiya əlaltısına iqtisadi dəstək üzrə əlindən gələn addımları atacaq, Qarabağ mövzusu ilə spekulyasiya edəcək və bundan əlavə, münaqişədə Azərbaycanı dəstəkləyə biləcəyi ilə hədələyəcək, Qərbin və hətta Türkiyənin sabitliyi pozmaq planları mövzusu vasitəsilə erməni cəmiyyətinə psixoloji təzyiqi artıracaq və nəhayət, Rusiyadakı erməni diasporuna təzyiq göstərəcək.

Azərbaycan. Azərbaycan telekanallarında ilkin olaraq bitərəf, daha sonra isə Rusiyanın təfsiri ilə çıxan reportajlar göstərir ki, Bakı da Moskvanın təzyiqi altındadır və Ermənistandakı hadisələrə Kremlin təsiri altında münasibət bildirəcək. Amma bu, o demək deyil ki, hətta fərziyyə olaraq, Azərbaycan Moskvanın təkanı ilə Qarabağın azad edilməsi üzrə əməliyyata başlaya bilər. Qərb asılılığı, həm də təkcə energetika sahəsində deyil, hər-hansı genişmiqyaslı addımların qarşısını alacaq. Həm də Azərbaycan Ermənistanın Rusiya ilə birləşməsində maraqlı olmayacaq.

Türkiyə.  Yerevanla münasibətləri normallaşdırmaqda maraqlı olan Ankara Baqramyanda baş verənləri bitərəf, təmkinli şəkildə izləyir. Türkiyə Ermənistan cəmiyyətində proseslərin hansı istiqamətdə inkişaf etdiyini yaxşı dərk edərək, bundan sonra da Ermənistanla münasibətlərdə hazırki xəttə sadiq qalacaq.

Belə olan halda Ermənistandakı hadisələrin hakimiyyət dəyişikliyinə gətirib çıxaracağı ehtimalı çox kiçikdir, amma bu etirazların Ermənistanın növbəti uzunmüddətli böhran dalğası bürüyən Rusiyadan uzaqlaşmasını sürətləndirəcəyi açıq-aşkar görünür. 

Turan Analitika Xidməti

.

contact.az

.

Maybe you are interested in:

Avropa M&#601;hk&#601;m&#601;si: erm&#601;ni “soyq&#305;r&#305;m&#305;n&#305;” inkar etm&#601;k olar

Avropa &#304;ttifaq&#305; G&#252;rc&#252;stana v&#601; Ukraynaya vizas&#305;z rejim v&#601;d edir

Serj Sarkisyan &#252;mid edir ki, m&#252;harib&#601; olarsa Rusiya Erm&#601;nistana yard&#305;m ed&#601;c&#601;k

Az&#601;rbaycanda soyq&#305;r&#305;m g&#252;n&#252; qeyd olunur

&#399;dal&#601;tli q&#601;rar

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz