Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Avropa Şurası: Yaxşı jurnalist satılmır

 

İctimai yayımçılar seçkilər dövründə seçkilərdə iştirak edən siyasi qüvvələrin debatları üçün efir vaxtı ayırmalıdır. Bu öhdəlik Avropa Şurası Nazirlər Komitəsinin tövsiyələrində nəzərdə tutulub.

Bu barədə Avropa Şurasının media məsələləri üzrə eksperti Leyla Turçilo oktyabrın 23-də Bakıda keçirilən seminarda tədbir iştirakçılarından birinin sualına cavabda bildirib.

"Seçkilərin mediada işıqlandırılması” mövzusunda seminar Avropa Şurası tərəfindən Azərbaycan MSK və Mətbuat Şurası ilə birgə təşkil edilib.

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Vüqar Əliyev seçkilər üçün demokratik şərait yaradıldığını və seçki kampaniyasının KİV-də, o cümlədən 300-dən çox aktiv on-line mediada geniş işıqlandırıldığını bildirib. O qeyd edib ki, 40 KİV ödənişli əsaslarla seçkiqabağı təşviqatda iştirak etmək istəyini bildirib.

MSK rəhbərinin müavini Natiq Məmmədov seçkilərin açıqlıq şəraitində keçirilməsi üçün şərait yaradıldığını və 50 mindən çox yerli müşahidəçinin qeydiyyatdan keçdiyini, 1000 seçki məntəqəsində səsvermənin on-line müşahidəsi üçün veb-kamera quraşdırıldığını bildirib.

Bu zaman o bildirib ki, yeganə peşəkar müşahidə strukturu DTİHB-nin missiyasıdır. Lakin DTİHB müşahidəçiləri ən yaxşı halda seçki məntəqələrinin beş faizini əhatə edir və bu əsaslarla bütün seçkilərin qiymətləndirilməsi reprezentativ ola bilməz. Bundan başqa, DTİHB gəldiyi nəticələrin sübutunu təqdim etmir. Avropa İnsan Hüquqları Məhkəməsi başqa bir mövzudur, o, seçkilər zamanı pozuntular haqqında qərarlarda konkret faktlara söykənir.

AŞ Bakı ofisi rəhbərinin müavini Teymur Məlikaslanov qeyd edib ki, plüralist media demokratik seçkilərin əsasını təşkil edir və seçki kampaniyasında KİV-in rolu AŞ tövsiyələrində əksini tapıb.

MSK üzvü Qalib Orucov qeyd edib ki, jurnalistlər səsvermə günü nəinki prosesi işıqlandırmır, həm də müşahidəçi qismində çıxış edir.

Bununla belə, o qeyd edib ki, jurnalist gizli çəkiliş aparmaq və aşkar etdiyi pozuntular haqqında dərhal seçki komissiyasının rəhbərini məlumatlandırmaq hüququna malik deyil. Onun sözlərinə görə, pozuntu qeydə alan jurnalist əvvəlcə komissiya rəhbərini məlumatlandırmalı, daha sonra məlumatı dərc etməlidir.

Komissiya rəhbəri özü qanunu pozubsa, onda necə olacaq? – sualına cavabda Orucov deyib ki, jurnalist iştirak edənlərə aşkar edilmiş pozuntu haqqında məlumat verməlidir. Lakin bu cür əməllər təcrübədə jurnalistin işinin əngəllənməsinə gətirib çıxaracaq.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli bu seçkilərdə on-line medianın və sosial şəbəkələrin imkanlarından fəal şəkildə istifadə edildiyini bildirib.

Lakin qeyd edilib ki, yeni media ənənəvi KİV-i və xüsusən televiziyanı tamamilə əvəz edə bilməz. Televiziyadakı debatlar namizədlərin imkanlarını qiymətləndirməyə imkan verir. Hazırki seçki kampaniyasının nöqsanı televiziyada bu cür debatların olmamasıdır.

Avropa Şurasının bununla bağlı məsləhətləri nələrdir? Bu suala cavabda AŞ-ın Bosniya və Herseqovinadan olan eksperti Leyla Turçilo bildirib ki, AŞ Nazirlər Komitəsi öz tövsiyələrində ictimai yayımçıların üzərinə birbaşa bu cür debatlar keçirmək, namizədlərlə müsahibələri göstərmək öhdəliyi qoyur.

AŞ-ın tövsiyələrində televiziyada seçki kampaniyalarının "ədalətli, tarazlaşdırılmış və qərəzli” işıqlandırılması zərurəti qeyd edilib.

Bu zaman dövlət qurumları üstünlük əldə etməlidir. Siyasi partiyalar və xadimlər öz ünvanlarına ədalətsiz tənqidə və ya ittihamlara cavab vermək hüququna malik olmalıdırlar.

Bundan başqa, media siyasi, etnik, dini və ya hər-hansı başqa əsaslarla ədavət salmamalı, zorakılığa təhrik etməməlidir.

Media həmçinin böhtan atmamalı və təhqir etməməlidir.

"Yaxşı jurnalist satılmır”, deyə AŞ eksperti bildirib və bu, yəqin ki, tədbirin əsas mesajı olub.

.

www.contact.az

.

Maybe you are interested in:

Avropa Şurası jurnalistlərin təhlükəsizliyi mövzusunda “dəyirmi masa” keçirir

Mujnieks Azərbaycanda demokratik perspektivlər görmür

Avropa Şurası və Aİ Azərbaycanda 4,7 mln. avroluq layihələr həyata keçirəcək

Avropa Şurası insan hüquqları üzrə Azərbaycanla birgə işçi qrupdan çıxıb

A.Rəhimov: Avropa Oyunları 1 mlrd. manata başa gəlib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz