Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Publik hüquqi şəxs nədir?

 

Azərbaycanda "Publik hüquqi şəxs” institutunun tətbiqi onun dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirməsi ilə bağlıdır. Bu barədə Prezident Administrasiyasının qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdir müavini Şahin Əliyev ölkə parlamentinin ötən ilin dekabrında "Publik hüquqi şəxslər haqqında” qanun qəbul etməsini şərh edərkən bildirib.

O, AzərTAc-a müsahibəsində bildirib ki, adi hüquqi şəxsdən fərqli olaraq, publik hüquqi şəxs heç vaxt müflis ola bilməz. Ona qarşı yalnız inzibati icraat çərçivəsində məhkəmə iddiaları qaldırıla bilər.

İkincisi, publik hüquqi şəxs həm pulsuz, həm də pullu xidmətlər göstərə bilər, özünü maliyyələşdirə və ya büdcədən maliyyələşdirilə bilər.

Üçüncüsü, onun əməkdaşları dövlət qulluqçuları ola bilər, bağladığı müqavilələr isə mülki deyil, digər dövlət orqanlarının bağladığı müqavilələr kimi, inzibati müqavilələr ola bilər.

İctimai hüquqlu hüquqi şəxs üçün adi hüquqi şəxs üçün mövcud olan məhdudiyyətlər yoxdur. Onun birbaşa təsisçisi dövlətdir.

"İnkişaf etmiş Avropa ölkələrinə diqqət yetirsək, görmək olar ki, dövlətə məxsus uşaq bağçaları, məktəblər, universitetlər, klinikalar və böyük korporasiyalar publik hüquqi şəxslərdir. Məsələn, Almaniyada və digər Qərbi Avropa ölkələrində dəmir yolu korporasiyaları publik hüquqi şəxslərdir. Onlar müflis ola bilməz, belə ki, ölkə daxilində sərnişin daşınması həyati əhəmiyyətli xarakter daşıyır və dəmir yolu istənilən halda işləməlidir”, deyə Əliyev bildirib.

Almaniyada və Fransada mərkəzi banklar da publik hüquqi şəxslərdir. Dövlət orqanı heç bir halda kredit verə və faizdən gəlir əldə edə bilməz.

Azərbaycanda ilk publik hüquqi şəxsin – Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasına gəlincə, onun funksiyaları bir tərəfdən tənzimləyici olan, digər tərəfdən isə bazarda kommersiya bankları kimi bir oyunçu olan Azərbaycan Mərkəzi Bankının funksiyalarından ayrılacaq. 

.

www.contact.az

.

Maybe you are interested in:

Sivil Toplum Platformasının mövqe sənədi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Avropa Şurasının İnternet azadlığına dair konfransı

ABŞ Helsinki Komissiyası Azərbaycanın dövlət məmurlarına qarşı sanksiyalar haqqında qanun layihəsini təqdim edib

ABŞ Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri”ni tanımır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz