ABŞ Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri”ni tanımır
"ABŞ Dağlıq Qarabağı müstəqil, suveren dövlət kimi tanımır və bununla əlaqədar mayın 3-də keçiriləcək "seçkilər”in nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir göstərən nəticələr kimi qəbul etməyəcək”, - mayın 1-də brifinqdə ABŞ Dövlət Departamentinin sədri Cef Ratke bildirib.
AzərTac-ın məlumatına görə, C.Ratke deyib ki,ABŞ etiraf edir ki, münaqişənin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağın əhalisi öz gələcəyinin həllində rol oynayacaq. Lakin bu "seçkilər” Dağlıq Qarabağın qəti statusu məsələsini, yaxud münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün cari danışıqların nəticələrini heç bir halda irəlicədən müəyyən etmir.
.
Maybe you are interested in:
ABŞ səfirliyi Corciya ştatının qərarı haqqında