Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Bakı Avropa Parlamentinin rəhbərindən inciyib

 

Noyabrın 26-da Strasburqda Avropa Parlamentinin iclasında insan hüquqları sahəsində Saxar adına mükafatın təqdimetmə mərasimi olub. Bu nüfuzlu mükafata Konqodan doktor Mukvege layiq görülüb.

Mərasimdə çıxış edən Avropa Parlamentinin rəhbəri Martin Şults mükafat üçün namizədliyi irəli sürülmüş digər iki finalçını – Ukraynanın Avromaydan hərəkatını və Azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunusu salamlayıb.

"Leyla Yunusun saxlanma şəraiti onun həyatını ciddi təhlükəyə məruz qoyur. Avropa Parlamenti onu dərhal azad etməyə çağırır. Avropa Parlamenti onun cəsurluğunu və demokratik dəyərlərə sadiqliyi təsdiq edir və ona möhkəm dəstəyini ifadə edir”, deyə Şults bildirib.

Daha sonra o qeyd edib ki, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Azərbaycanda insan hüquqlarını müdafiə edərək böyük cəsarət nümayiş etdirib.

"Avropa Parlamenti Azərbaycandakı rejimi səhhəti gündən-günə pisləşən bu təqsirsiz qadını dərhal azad etməyə çağırır”.

Daha sonra o, Azərbaycan hakimiyyətinin Avropa Parlamentinin nümayəndə heyətini Yunusun yanına buraxmamasından qəzəbini ifadə edib.

"Biz həbsxanada Leyla Yunusa baş çəkə bilməsi üçün Avropa Parlamentinin nümayəndə heyətini göndərməyə cəhd etdik, lakin onları buraxmadılar. Azərbaycan hakimiyyətinin Leyla Yunusla görüşü qadağan etməsi tamamilə yolverilməzdir”, deyə Martin Şults qeyd edib.

Avropa Parlamenti rəhbərinin bu kəskin ifadələri rəsmi Bakını yenidən qəzəbləndirib. Novruz Məmmədovun şəxsində Bakı Şultsun ifadələrini anti-Azərbaycan fikirlər adlandırıb, onun özünü isə bu cür bəyanatlarla özünü xatırlatmağa çalışan uğursuz siyasətçi kimi təqdim edib.

Daha sonra Novruz Məmmədov Şultsun Ferguson və Brüsseldəki hadisələrlə bağlı danışmamasından səmimi şəkildə təəccüblənir. "Ondansa, qoy Avropa İttifaqının problemləri ilə məşğul olsun”, deyə Məmmədov təkəbbürlə bildirib.

Azərbaycan XİN-in nümayəndəsi Hikmət Hacıyev də təxminən belə bir şərh verərək, Avropa Parlamentinin öz missiyasının səfəri ilə bağlı Bakıya müraciət etmədiyini deyib.

.

contact.az

.

Maybe you are interested in:

Leyla Yunusun ardınca digər siyasi məhbuslar da azad edilməlidir

Ann Brasserin İlham Əliyevə çağırışı

Sravros Lambrinidis: “Azərbaycan Avropa Parlamentinin qətnaməsini olduqca kəskin qəbul edir”

Demokratiya Uğrunda Ümumdünya Hərəkatı Azərbaycan hakimiyyətini hüquq müdafiəçilərini azad etməyə çağırıb

Leyla Yunus Serjiu Vieyra de Mello adına mükafata layiq görülüb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz