Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Leyla Yunus Serjiu Vieyra de Mello adına mükafata layiq görülüb

 

Dövlətə xəyanətdə ittiham edilərək həbs olunan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus BMT-nin insan haqları üzrə ali komissarı  (2002-2003-cü illər) Serjiu Vieyra de Mello adına Polşa mükafatına layiq görülüb

Bu il kollegiya Leyla Yunusa "Şəxsi töhfəsinə görə" kateqoriyada mükafatlandırmağı qərara alıb.

Mükafat 23 oktyabrda Krakovda Villa Detsius beynəlxalq mədəniyyətlərarası dialoq assosiasiyasının keçirdiyi "The Power of the Powerless – Revisited” (Gücsüzlərin gücü - Təkrar gözdən keçirilib) konfransında elan olunub.

Mükafatın təqdimatında Leyla Yunusu hüquq müdafiəçisi Ataxan Əbilov təmsil edib. O, Polşa xadimlərini Leyla və Arif Yunusun, eləcə də Azərbaycandakı bütün siyasi məhbusların azad edilməsi üçün aktiv mübarizəyə səsləyib.

.

contact.az

.

Maybe you are interested in:

Transparency International Leyla və Arif Yunusların məhkəməsinin ədalətli keçirilməsinə çağırıb

Arif və Lüyla Yunuslara qarşı cinayət işi məhkməyə göndərilir

Arif Yunusun həbs müddəti 5 ay uzadılıb

Bakı Avropa Parlamentinin rəhbərindən inciyib

Leyla Yunus awarded prize named after Sergio Vieira de Mello

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz