Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ben Kardin: “Xədicə İsmayılova dərhal azad edilməlidir”

 

Vaşinqton/09.12.14/Turan: ABŞ KonqresiHelsinki Komissiyasının rəhbəri BencaminKardin jurnalist Xədicə İsmayılovanın həbsiləbağlı bəyanatla çıxış edib.

"Mən İsmayılovanın həbsindən dərin narahatlıqhissi keçirirəm. O, öz ölkəsində korrupsiyafaktlarını açıqlamaq cəhdlərinə və siyasiməhbusların hüquqlarınn müdafiəsi ilə  bağlı işinə görə Azərbaycan hökuməti tərəfindən amansız təqiblərə məruz qalıb.

Ona qarşı indiki ittihamlar qəribə görünür və bir məqsəd güddüyü bəlli olur – Azərbaycanda onsuz da az sayda olantənqidi səslərdən birini də susdurmaq.

"X.İsmayılova 2014-cü il noyabrın 19-da Helsinki Komissiyasında çıxış etməliydi. Lakin hakimiyyətin qərarı ilə o, ölkədən buraxılmayıb. X.İsmayılovaya qarşı ölüm həddinə çatdırmaqla bağlı indiki ittihamlar artıq bir neçə ildir ki, hökumət tərəfindən məruz qaldığı təqiblərin artmasıdır.

ATƏT üzvü olan Azərbaycan insan hüquqlarına, media azadlığına  hörmətlə yanaşmaq barədə öhdəlik götürüb. Helsinki komissiyası növbəti dəfə Azərbaycan hökumətini öz vədlərini yerinə yetirməyə və X.İsmayılova da daxil olmaqla, bütün jurnalistlərə qarşı təqiblərə son qoymağa çağırır”, - bəyanatda deyilir.

.

contact.az

.

Maybe you are interested in:

Amal Kluni: Xədicə İsmayılovanın azad olunmasına nail olacağıq

ABŞ Helsinki Komissiyası Xədicə İsmayılovanın işi üzrə dinləmələr keçirəcək

Senator Kardin: “İlham Əliyev vətəndaş cəmiyyətinə təzyiqlərə son qoymalıdır”

“Sərhədsiz reportyorlar”: İsmayılovaya qarşı yeni ittihamlar

IGPA: Xədicə İsmayılovaya qarşı təqiblərə son qoyulsun

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz