Federal lәzgi
milli-mәdәni muxtariyyәti

PA-nın şöbə müdiri “islam təəssübkeşi” rolunda

 

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu günlərdə Bakıda keçirilmiş "Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan on-layn mediaya keçid” adlı konfransda çıxış edib.

Hakimiyyətin "baş ideoloqu” çıxışında texnologiyaların hansı səviyyədə dəyişməsindən asılı olmayaraq, Türkiyə və Azərbaycan mediasının bu ölkələrin ortaq maraqlarından çıxış etməsi tövsiyəsini ilk plana çıxarıb. Ə.Həsənova görə, dövlətlər, diaspor qurumları, səfirliklər, hətta prezidentlər ölkələrin maraqlarından çıxış edirsə, media da belə olmalıdır. Ə.Həsənov hər iki ölkə mediasının eyni cür hərəkət etməsinə "əsas” kimi Türkiyənin iştirak etmədiyi tədbirdə Ermənistanın Türkiyə əleyhinə çıxışına dövlət başçısı İlham Əliyevin cavabını göstərib.

Hər iki ölkə mediasının eyni cür hərəkətinə daha bir "əsas” kimi Ə.Həsənov 1998-2000-ci illərdə Türkiyənin Azərbaycana ən çox vəsait yatıran ölkə, Bakı neftindən gələn gəlirlər artdıqda da Azərbaycanın Türkiyəyə ən çox sərmayə yatıran ölkə olmasını göstərib.  

Media sahəsində əlbirliyə gəlincə, Ə.Həsənov "peşəkar” jurnalistlərin bu haqda danışacaqlarına işarə edib. Ə.Həsənov tədbir iştirakçılarına artıq çap mətbuatının yerini internet saytlara verməsi kimi "uzaqgörənlik” göstərib. "Bu da ondan irəli gəlir ki, müasir dövrdə ənənəvi ünsiyyət forması virtual ünsiyyət formasına keçir”, deyə Ə.Həsənov yeni media qurumlarının üstünlük qazanmasının "səbəblərinə” toxunub.

"Jurnalistlər unutmamalıdır ki, hansı şəraitdə, hansı texniki vasitələrlə, hansı maddi və mənəvi mühitdə fəaliyyət göstərməsindən asılı olmadan, dövlətlərin, xalqların maraqlarını  nəzərə almalı və bu maraqların təmin olunmasına töhvələrini verməlidir”, deyə Ə.Həsənov Azərbaycan mətbuatına sırıdılan "ideologiyanı” Türkiyə jurnalistlərinə də sırımaq "əsasını” dilə gətirib.

Ə.Həsənov təkcə mediaya yol göstərməklə kifayətlənməyib. Hazırda islam ölkələrində baş verən silahlı qarşıdurmalara görə ad çəkmədən Qərb ölkələrini tənqidə məruz qoyub. "İslam ölkələri terroru dəstəkləyən, öz daxilində və bir-birinə münasibətdə nizam yarada bilməyən dövlətlər kimi təqdim edilir, bu mənada jurnalistlərin qarşısında mühüm vəzifələr durur”, deyə PA rəsmisi "islam təəssübkeşi” kimi çıxış edib.

Ə.Həsənov  müsəlman ölkələrində baş verən hadisələr barədə informasiyaları insanların i hələ də CNN, BBC və s. dünya media maqnatlarından almasına "təəssüf” edib. Ə.Həsənov bu media qurumlarının islam ölkələrində baş verən hadisələrlə bağlı yaydıqları informasiyaların həqiqətə uyğun olmadığını deyərək, onları qərəzdə ittiham edib.

"Suriyada, Misirdə, İranda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Qəzzədə, Yəməndə, Tunisdə və s. islam ölkələrində baş verən hadisələr transmilli media orqanlarının təqdim etdiyi kimidir? Məgər bütün dünya ölkələri o media qurumlarının jurnalistləri kimi düşünür?”, – deyə Ə.Həsənov mövqeyini bildirib. Ə.Həsənov islam ölkələri media qurumlarını "dar çərçivədə” fəaliyyət göstərməkdə, CNN, BBC kimi olmamaqda tənqid edib. "Bizim media nümayəndələrimiz ayrı-ayrı ölkələrin jurnalistlərindən sağlam fəaliyyət göstərsələr də, ölkə hüdudlarından kənara çıxa bilmirlər”, deyə Ə.Həsənov islam ölkələri jurnalistlərinə irad tutub.

PA təmsilçisi Azərbaycanda İslam ölkələri Jurnalistlər Birliyinin (İÖJB) yaradılacağını, 55 islam ölkəsinin bunu dəstəklədiyini də bildirib. Onun  sözlərinə görə, islam dövlətləri Azərbaycanın bu işə təşəbbüs etməsini, İÖJB-nin  təsis qurultayının Bakıda keçirilməsi təklifini yüksək qiymətləndiriblər.

.

contact.az

.

Maybe you are interested in:

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağ, TANAP və Bakı-Tbilisi-Qars dəmiryol layihələrindən danışıblar

Bakı Rusiya və Türkiyə arasında barışıq üçün vasitəçi olmağı təklif edib

Əli Həsənov ABŞ-la tərəfdaşlıq şərtlərini açıqlayıb

Əli Həsənov: “Qərbdən qorxmuruq”

Əli Həsənov: “Qərbdən qorxmuruq”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz