Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Senator Riçard Durbin Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə çağırıb

 

ABŞ Senatının üzvü Riçard Durbin bəyanatla çıxış edərək ABŞ administrasiyasını qlobal çağırışlar, Ukraynaya qarşı təcavüz və İŞİD-lə mübarizə fonunda əsas siyasi azadlıqları unutmamağa çağırıb.

"Demokratik dəyərlərin həyata keçirilməsi və ya təbliğinə görə həbsdə olan bəzi cəsur insanları xatırlatmaq istərdim. Əvvəla, mən Azərbaycanda hüquq müdafiəçilərinə qarşı son repressiyalardan çox narahatam. Bu, son ildə durumun pisləşdiyi ölkədə həyəcanlı tendensiyanın bir hissəsidir”, - o vurğulayıb.

"New York Times öz məqaləsində prezident İlham Əliyevi Qərblə yaxşı münasibətlərdə olduğuna bütün dünyanı inandırmağa çalışan şəxs kimi təsvir edib. Lakin o, insan hüquqlarının pozulmasının ən pis formalarını yaradıb.

İ.Əliyev istəyir ki, dünya inansın ki, Azərbaycan nümunəvi ölkədir, Qərblə məhkəm münasibətləri var və qarşıdakı Avropa Oyunları üçün ideal ev sahibidir. Eyni zamanda ölkədə Rusiya və Belarusda olduğundan çox siyasi məhbus var”, - bəyanatda deyilir.

Sonra senator "Azadlıq” radiosunun bağlanması ətrafındakı vəziyyəti, jurnalist Xədicə İsmayılovanın və digər fəalların  həbsinə toxunub.

Ötən ilin avqustunda senatorlar Kardin və Merfi prezident Əliyevə məktub göndərərək hüquq müdafiəçiləri Anar Məmmədli və Bəşir Süleymanlının azadlıqdan məhrum edilməsi ilə bağlı narahatlıqlarını bildiriblər.

B.Süleymanlı bu yaxınlarda azad edilib, lakin onun həmkarı Anar hələ də həbsdədir.

Bundan öncə Leyla Yunus, bir həftə sonra isə onun həyat yoldaşı Arif Yunus, sonra Rəsul Cəfərov və İntiqam Əliyev həbs olunublar.

Ötən ay Washington Post X.İsmayılovanın məktubunu dərc edib. O, beynəlxalq təşkilatları pisliyə qarşı mübarizəyə son qoymamağa, insan ləyaqətinin satılmadığını sübut etməyə çağırıb.

"Mən prezident Əliyevi öz vətəndaşlarını azad etməyə çağırıram. Onların yeganə günahı odur ki, dinc demokratik Azərbaycanda yaşamaq istəyirlər. O bilməlidir ki, əsas demokratik prinsiplər pozularsa qərb birliyinin bir hissəsi ola bilməz”, - bəyanatda qeyd olunur.

.

contact.az

.

Maybe you are interested in:

ABŞ: Azərbaycan bütün siyasi məhbusları azad etməlidir

40-dan çox xarici hüquq-müdafiə təşkilatı İlham Əliyevi siyasi məhbusları azad etməyə çağırıb

Demokratiya Uğrunda Ümumdünya Hərəkatı Azərbaycan hakimiyyətini hüquq müdafiəçilərini azad etməyə çağırıb

Avropa QHT koalisiyası Azərbaycanda repressiyaları pisləyir

Amerikalı analitiklər Bakıya qarşı sanksiyaların tətbiqinə çağırıblar

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz