Federal lәzgi
milli-mәdәni muxtariyyәti

AzOK İsveç OK-ni Azərbaycana qərəzdə ittiham edir

 

Azərbaycan Milli Olimpiya Komitəsi (AzOK) Amnesty İnternational beynəlxalq hüquq təşkilatını Avropa Oyunları ilə bağlı qeyri-dəqiq və qərəzli hesabat yaymaqda, İsveç Olimpiya Komitəsini (İOK) isə təxribatda  ittiham edən bəyanat yayıb.

Komitə təşkilatın hesabatını qərəzli adlandırmaqla yanaşı onu Azərbaycana qarşı "növbəti təxribat” kimi dəyərləndirir.

Bəyanatda İOK prezidenti Stefan Lindberqin İsveçin "Aftonbladet” qəzetinə müsahibəsində Azərbaycanla bağlı dedikləri fikirlər "yalan və iftira, qarayaxma, Avropa Oyunlarını ictimaiyyət önündə gözdən salmağa xidmət edən təxribat” adlandırılır.

"İOK-un Azərbaycanda repressiyalarla əlaqədar Avropa Olimpiya Komitəsinə (AvOK) müraciət etməsi haqqındakı iddialar isə sözün əsl mənasında riyakarlıqdır”, - müəlliflər qeyd ediblər. Daha sonra sənəddə AvOK-dan əldə edilən informasiyaya əsasən İOK-dən heç bir məlumat daxil olmadığı, AvOK-un bu məsələni araşdıracağı bildirilir.

Bəyanatda İOK prezidentinin Azərbaycan haqda tənqidi bəyanatla çıxışına təəssüf ifadə olunur. Sənəddə İOK prezidentinin Azərbaycana mənfi mövqeyinin 2012-ci ildə AvOK-un Romada keçirilən 8-ci Baş Assambleyasında üzə çıxdığı iddia edilir. O zaman Baş Assambleyada iştirak edən 48 ölkənin seçkiləri zamanı İOK prezidenti Avropa Oyunlarına nəinki Bakıda keçirilməsi, hətta Avropa Qitə Oyunlarının ümumiyyətlə keçirilməsi əleyhinə səs verən 8 komitədən biri olduğu xatırladılır.

İOK hazırda Azərbaycanda insan haqlarının kobud şəkildə pozulmasını yada saldığına görə AzOK da öz növbəsində 1983-cü ildə İsveç baş naziri Uolf Palmaya, 2013-cü ildə isə xarici işlər naziri Anna Lində qarşı törədilmiş terror aktlarını, məscidlərə basqınları yada salmaqla "yaylım atəşi” açır. "Onların insan hüquqları və demokratik rejimin müdafiəçisi qismində çıxış etməsi reallıqdan uzaqdır”, - AzOK İOK-un bəyanatına münasibətin ifadə edib. 

AzOK Azərbaycanda KİV, söz azadlığını qorunduğunu iddia edərək İOK-un müraciətindəki fikirləri həqiqətəuyğun saymır. 

.

contact.az

.

Maybe you are interested in:

Amnesty International: İnsan hüquqlarının pozulması Avropa Oyunlarına ləkə gətirib

Amnesty İnternational-ın nümayəndə heyəti Bakıya buraxılmayıb

JMK: Bakıda Avropa Oyunları üçün bütün jurnalistlər akkreditasiya almayacaq

Avropa Oyunları başlayana qədər Azərbaycan bütün siyasi məhbusları azad etməlidir

Əli Həsənov Azadlıq radiosunu təxribatda ittiham edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz