Federal lәzgi
milli-mәdәni muxtariyyәti

UNDP: Dünyada rekord sayda – 38 milyon məcburi köçkün var

 

38 milyon insan münaqişə və ya zorakılıq səbəbindən öz ölkəsi daxilində köçkün düşüb ki, bu da rekord göstəricidir. Bu, Londonun, Nyu-Yorkun və Pekinin əhalisinin ümumi sayının ekvivalentidir. "Bunlar bizim dövrdə zorla didərgin salınmanın ən acınacaqlı rəqəmləridir və bizim günahsız mülki şəxsləri müdafiə etmək iqtidarında olmadığımızı göstərən əlamətdir", – deyə Norveç Qaçqınlar Şurasının (NQŞ) baş katibi Yan Egeland (Jan Egeland) bildirib.

NQŞ-nin tərkib hissəsi olan Məcburi Köçkünlüyün Monitorinq Mərkəzi (MKMM) bu gün Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisində "2015-ci il üzrə qlobal icmal: Münaqişə və zorakılıq səbəbindən ölkə daxilində köçkün düşən insanlar" adlı hesabatını təqdim edib. Hesabatda dalbadal üçüncü il rekord həddə çatan məcburi köçkünlük rəqəmləri əks etdirilməklə yanaşı, həmçinin qeyd edilir ki, 2014-cü il ərzində zorakılıq hadisələri səbəbindən daha 11 milyon insan köçkün düşüb.

"Ukrayna və ya İraq kimi ölkələrdə yeni böhranlar meydana çıxdıqca və ya böhranlar təzələndikcə artıq qlobal səviyyədə çoxlu sayda olan və didərginliklərinə son qoyulması üçün yollar tapılması mümkün olmayan köçkün əhalinin sırasına məcburi köçkünlərin yeni dalğaları əlavə olunur", – deyə MKMM-in direktoru Alfredo Zamudio bildirib.

"Bu çoxsaylı əhalinin çox hissəsini uzun illər öncə Azərbaycan və ya Kipr kimi yerlərdən köçkün düşənlər təşkil edir və adətən biz görürük ki, köçkünlük faktının özü insanları qapalı dairəyə (çıxılmaz duruma) salır və onlar bu durumda nə qədər çox olurlarsa, ondan çıxmaq bir o qədər çətin olur", – deyə Zamudio bildirib.

"38 milyon insan əzab çəkir və biz bu məsələyə yanaşmamızı dəyişməyə qalxmasaq, bu münaqişələrin şiddətli dalğaları qarşıdakı onilliklər ərzində bizi təqib etməkdə davam edəcək", – deyə Egeland bildirib.

  • "2015-ci il üzrə qlobal icmal"da 2014-cü ildə baş vermiş əsas köçkünlük hadisələri, o cümlədən aşağıdakılar öz əksini tapmışdır: 2014-cü ilin sonunda 38 milyon məcburi köçkünün olması MKMM-in hesabatında 33,3 milyon nəfərin məcburi köçkün kimi göstərildiyi 2013-cü ilin göstəricisi ilə müqayisədə 4,7 milyon artım təşkil edir.
  • Təkcə beş ölkədə: İraq, Cənubi Sudan, Suriya, Konqo Demokratik Respublikası (KDR) və Nigeriyada insanların 60%-i yenicə köçkün düşmüşdür.
  • 2014-cü ildə didərginliyə ən çox İraq lı əhalisi məruz qalmışdır, belə ki, azı 2,2 milyon insan ev-eşiyini tərk etməli olmuşdur.
  • Suriya əhalisinin azı 40%-i və ya 7,6 milyon insan məcburi köçkündür ki, bu da dünyada ən yüksək rəqəmdir. 

.

contact.az

.

Maybe you are interested in:

“Sığınacaq, sərhəd və immiqrasiya üzrə Avropa qanunvericiliyi”

Əli Həsənov: “Hesabat dünyada Amerikaya olan-qalan inamın tam itməsinə xidmət edir”

Dövlət Departamentinin insan hüquqlarına dair hesabatında Azərbaycanda ciddi problemlərin olduğu bildirilib

Avropa Oyunlarının açılış mərasimi 100 milyon manata, bəlkə də daha çox məbləğə başa gəlib

Uorlik gərginliyin artmasından narahatdır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz