Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ŞÖHRƏTİ HEÇ VAXT SOLMAYAN QƏLƏBƏ

 
Böyük Vətən müharibəsində faşizm üzərində tarixi Qələbənin 70 illiyi
9 May ən parlaq ümumxalq bayramlarından biridir. Zaman o tarixi zəfər günündən bizi nə qədər uzaqlaşdırsa da, milyonların canı, qanı bahasına qazanılan Qələbənin şöhrəti solmur. 1939-cu ildə bir sıra Avropa ölkələrinin ərazilərini işğal edərək İkinci Dünya müharibəsinə başlayan faşist Almaniyası 1941-ci il iyunun 22-də sübh çağı xaincəsinə Sovet İttifaqına hücum etdi. Üçüncü reyx özünün olduqca böyük hərbi qüvvələrini-190 seçmə diviziyasını, 5 min təyyarəsini, 4300-dən çox tankını, 47200-dən artıq top və minaatanını SSRİ-yə qarşı yeridərək, dünya hökmranlığına nail olmaq kimi sərsəm imperiya ideyalarını həyata keçirməyə çalışırdı. Belə başlanan Böyük Vətən müharibəsində SSRİ xalqlarının, onların ön cərgəsində addımlayan Azərbaycan xalqının, Bakı neftinin əvəzsiz rolu olmuşdur. Müharibə illərində Azərbaycandan Sovet ordusu sıralarına təqribən 640 min nəfər, o cümlədən 10 mindən çox qadın səfərbər edildi. Azərbaycan yeganə respublikadır ki, orduda 4-402-ci, 223-cü, 416-cı, 271-ci milli diviziyaları ilə təmsil olunurdu. Krımın müdafiəsində şəxsi heyətinin çoxunu itirmiş 77-ci Azərbaycan diviziyası 1942-ci ilin mayında yenidən komplektləşdirilmişdi. Faşizmə qarşı mübarizədə Azərbaycan xalqı bütün qüvvələrini səfərbər edərək möhkəm arxa cəbhə yaratdı. Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsalına keçdi. Orduya səfərbər olunanların yerini qadınlar və yeniyetmələr tutdu. Qısa müddətdə 40 mindən çox ixtisaslı fəhlə hazırlandı. Müharibə dövründə ölkəyə 75 milyon ton neft verildi. Ordunun yanacağa olan tələbatının 70 faizini Bakı neftçiləri ödəyirdi. Bakıda 130 növ silah və hərbi sursat hazırlanır, o cümlədən məşhur "Katyuşa" raketləri, "YAK-3" qırıcı təyyarələri yığılırdı. Müharibənin ilk üç ilində müdafiə fonduna 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 311 milyon manatlıq istiqraz verilmiş, cəbhədə vuruşan əsgərlər üçün 1,6 milyon ədəd müxtəlif əşya, 125 vaqon isti paltar göndərilmişdi. Xalqın mərd oğullarından 47 nəfəri, Azərbaycandan cəbhəyə gedən başqa millətlərin nümayəndələrindən 74 nəfəri döyüşlərdəki rəşadətinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, 30 nəfər Şöhrət ordeninin hər üç dərəcəsi ilə, 176 min nəfər isə müxtəlif orden və medallarla təltif edildi. Ön cəbhəyə 10 min nəfərdən artıq qusarlı yollanıb. Ən ucqar Silibirdən tutmuş elə bir kəndimiz, obamız yoxdur ki, oraya üçkünc qara məktub gəlməsin. 4 min nəfərə yaxın qusarlı ölüm-dirim savaşından geri dönməyib. Qusarlılardan Mirzə Vəliyev, Aleksandr Rıbnikov, Adil Quliyev Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşlər. Azərbaycanın ilk milli diviziya komandirlərindən olmuş general Mahmud Əbilovun, Fransa Müqavimət Hərəkatının rəhbərlərindən olan Həkim Mirzəxanovun, Bolqarıstanın Milli Qəhrəmanı adına layiq bilinmiş Salah Salahovun və onlarla, yüzlərlə igid həmyerlimizin bu böyük zəfərdə sanballı payı olmuşdur. O qanlı-qadalı illərdə ön cəbhə ilə yanaşı arxa cəbhədə də böyük fədakarlıqlar göstərilmişdir. "Hər şey cəbhə üçün, hər şey qələbə naminə!" devizinə qoşulan baba və nənələrimiz, ana və bacılarımız ön cəbhəni ərzaqla, geyimlə, silahla təmin etmək üçün gecəni gündüzə qatmışlar. 1976-cı ildə 1076 nəfər qusarlı "1941-1945-ci illər müharibəsində fədakar əməyə görə"

.

gusarpress.com

.

Maybe you are interested in:

HƏRBİ XİDMƏTƏ-YÜKSƏK ƏHVAL-RUHİYYƏDƏ

MƏŞƏL QUSARI NURA BOYADI

İlham Əliyev Qələbənin 70 illiyini qeyd etmək üçün Moskvaya gedəcək

Azərbaycanda soyqırım günü qeyd olunur

Pol Qobl: Rusiya üçün Cənubi Qafqazda Gürcüstan vasitə, Ermənistan alət, Azərbaycan isə mükafatdır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz