Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Bakıya gəlib

 

İyulun 11-də prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokştaynı qəbul edib.

Dövlət başçısının saytında bildirilib ki, görüş zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafının hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, ölkələr arasında enerji sahəsində əməkdaşlıqdan məmnunluq ifadə olunub və bu əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, A.Hokştayn Bakının qəbul etməyə razılıq verdiyi yüksək rütbəli amerikalı məmurdur. Belə ki, bundan öncə dövlət katibinin müavininin köməkçiləri, insan hüquqları və demokratiya məsələləri ilə məşğul olan Tomas Melia və Tom Malinovskinin səfərlərindən imtina edilib.

Bu, belə düşünməyə əsas verir ki, Bakı Vaşinqtonla Avropa ilə müzakirə etmək istədiyi məsələləri – ticarət və energetka məsələlərini müzakitə etmək niyyətindədir.

.

contact.az

.

Maybe you are interested in:

Prezident İlham Əliyev: “Ermənistan Azərbaycanı təxribata çəkir”

İlham Əliyev Avropa Komissarı ilə insan hüquqları problemini müzakirə edib

İlham Əliyev AŞPA həmməruzəçilərini və Britaniyanın elçisini qəbul edib

İlham Əliyev Aİ-nin insan hüquqları üzrə xüsusi nümayəndəsini qəbul edib

Dövlət başçısı İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə enerji məsələlərini müzakirə edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz