Leyla Yunus France 2 telekanalına təşəkkürünü bildirib
Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus sentyabrın 22-də həbsxanadan öz müraciətini göndərib. O, Azərbaycanda vəziyyətə dair böyük material hazırlayan fransalı telereportyorlara öz təşəkkürünü bildirib.
"Fransanın France 2 telekanalına öz təşəkkürümü bildirirəm.
Mən 2014-cü ilin mayında Bakıda görüşümüzü xatırlayıram. Mən Ariflə birlikdə həbs olunacağı öncədən hiss etmişdim. İndi isə aydın başa düşürəm ki, məqsəd bizi fiziki baxımdan məhv etməkdir. Necə ki Stalin deyib: "insan yoxdursa, problem də yoxdur”. Bizə göstərdiyiniz dəstək və həmrəyliyə görə təşəkkür edirəm.
Mən digər Avropa ölkələri və ABŞ-dakı jurnalistlərə səslənirəm: fransalı həmkarlarınızı dəstəkləyin, azadlığı, bərabərliyi, qardaşlığı dəstəkləyin”, - müraciətdə deyilir.
Xatırladaq ki, Fransa telkanalının bir saat yarımlıq reportajı Azərbaycanda və Qazaxıstanda insan hüquqlarının pozulmasına, korrupsiyaya, həmçinin fransalı siyasətçilərin buna bağlılığına həsr edilib.
.
Maybe you are interested in:
Leyla Yunusun ardınca digər siyasi məhbuslar da azad edilməlidir
Fransanın Bakıdakı yeni səfirinin adı – Oreliya Buşe