Federal lәzgi
milli-mәdәni muxtariyyәti

“Meydan” TV-nin redaktorunun qardaşları saxlanılıb

DİN mətbuat xidməti publisist və "Meydan” TV İnternet resursunun redaktoru Günel Mövludun iki qardaşının saxlandığın təsdiqləyib.

DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bildirib ki, oktyabrın 13-də polis operativ informasiya əsasında Vəkil və Raci İmanovları saxlayıb. Birinci Biləsuvarda, digəri isə Sumqayıtda saxlanılıb.

Baxış zamanı onların üzərindən marixuana aşkar edilib. Fakt üzrı araşdırma aparılır.

Qeyd edək ki, G.Mövludun qardaşları müxtəlif işlərlə məşğul olurlar və günəmuzd işçilər kimi çalışırlar. Narkotik  maddənin saxlanması v yayılmasına görə onları bir neçə il azadlıqdan məhrumolunma cəzası gözləyir.

G.Mövlud hakimiyyəti tənqid edən yazıları ilə tanınır.

 "Meydan” TV-yə aidiyyatı olan hər kəs çoxdandır ki, təzyiq və hədələrə məruz qalır. Bu, hakimiyyətin Berlində yerləşən İnternet resursu bağlamaq cəhdilə əlaqədardır.

.

www.contact.az

.

Maybe you are interested in:

Brothers of Editor of Meydan TV Arrested in Berlin

Amnesty International nümayəndələri Bakı aeroportundan deportasiya olunublar

“Sərhədsiz Reportyorlar” Qənimət Zahidovun qohumlarının təqibini pisləyir

MeydanTV-nin əməkdaşlarının ölkədən çıxışına qadağa qoyulub

Gənclər və idman naziri Emin Millini hədələyib?

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz