Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndə mandatını uzadıb
Avropa İttifaqının Şurası Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi mandatını 2017-ci il fevralın 28-nə qədər uzadıb.
2014-cü il iyulun 8-də təyin edilmiş xüsusi nümayəndənin öhdəlikləri regionda münaqişələrin dinc yolla həllində, həmçinin regional əməkdaşlığın inkişafında iştirak etməkdən ibarətdir.
Xüsusi nümayəndə regionda Avropa İttifaqının siyasətinin və maraqlarının təşviqinə və sülhün, sabitliyin və qanunun aliliyinin möhkəmlənməsinə şərait yaradır.
Aİ-nin region üzrə xüsusi nümayəndəsi 1996-cı ildə təyin edilib. Onun fəaliyyətinə Aİ-nin xarici işlər üzrə Ali Nümayəndəsi nəzarət edir.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
Şərh əlavə edin