Federal lәzgi
milli-mәdәni muxtariyyәti

MTN sabiq polkovniki İlqar Əliyev həbsxanada özünü öldürüb

 

Penitensiar Xidmətin  ictimaiyyətlə əlaqələr şöbəsi polkovnik İlqar Əliyevin ölümü ilə bağlı məlumat yayıb.

 Xəbərdə bildirilir,  dekabrın 20-də saat 15:55 radələrində Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı istintaq təcridxanasının ikinəfərlik kamerasında saxlanılan Əliyev İlqar Mustafa oğlu intihar edib.

 Kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb.

 Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib, tibb heyətinin iştirakı ilə təxirəsalınmadan İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq,  həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb.

 Hadisə barədə dərhal aidiyyəti istintaq orqanlarına, İ.Əliyevin qohumlarına və müdafiəçisinə məlumat verilib.

 Hadisə yeri Bakı şəhər prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə edilib. Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

.

www.contact.az

.

Maybe you are interested in:

Nardaran hadisələri zamanı ölənlərin və həbs edilənlərin adları bəlli olub

Nils Mujnieks İntiqam Əliyevin işi üzrə iradları Avropa Məhkəməsinə göndərib

Avropa Şurasının Nazirlər Komitəsi İlqar Məmmədovu dərhal azad etməyə çağırır

Avropa Məhkəməsi: İlqar Məmmədov azad edilməlidir

Azərbaycanda əsgər özünü güllələyib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz