ABŞ səfirliyi: İnsanların öz problemlərini bildirmək imkanı olmalıdır
ABŞ-ın Bakıdakı səfirliyi Turan agentliyinin diplomatik missiyanın qapısı önündə bugünki bir nəfərin keçirdiyi aksiya haqqında sorğusuna cavabda bildirib ki, bu aksiya ABŞ səfirliyi ilə əlaqəli deyildi.
"Biz başa düşürük ki, bu gün Azərbaycanda və digər ölkələrdə bir çox insanlar ciddi iqtisadi problemlərlə üzləşir. Bugünki aksiya kimi ictimai hərəkətlər insanların öz narahatlığını dinc şəkildə ifadə edə bildiyi yollardan biridir və onların belə bir imkanının olması vacibdir", deyə səfirliyin cavabında bildirilir.
Xatırladaq ki, aksiyanı Qarabağ müharibəsi əlili, işdən məhrum edilmiş və yaşamaq üçün vəsaiti olmayan Güloğlan İbrahimov keçirib. O, öz aksiyası ilə ictimaiyyətin və hakimiyyətin diqqətini çəkməyə çalışıb və onlardan kömək istəyib.
.
Maybe you are interested in:
Əliyev və Merkel görüşü zamanı etiraz aksiyası
ABŞ səfirliyi “Azərbaycan” qəzetinə cavab verib