Rauf Mirqədirov bəraət alıb jurnalistikaya qayıtmaq niyyətindədir
Martın 17-də Bakı Apellyasiya Məhkəməsi tərəfindən azad edilmiş Rauf Mirqədirov tam reabilitasiyaya nail olmaq niyyətindədir.
Bu barədə jurnalistlərə bildirən Mirqədirov qeyd edib ki, ittiham tərəfi onun təqsirinin heç bir sübutunu təqdim etməyib və edə də bilməzdi, belə ki, o, ittiham olunduğu əməlləri törətməyib – Ermənistanın və hər-hansı başqa ölkənin xüsusi xidmətləri ilə əlaqəsi olmayıb.
Mirqədirov ona qarşı bu cinayət işini Azərbaycana düşmən ölkənin xüsusi xidmətlərinin təxribatı hesab edir, Azərbaycanın hüquq-mühafizə orqanları da dərk etmədən bu təxribata cəlb olunublar.
Bununla belə, Mirqədirov bildirib ki, istintaq zamanı ona bu və ya digər ifadələr almaq məqsədilə təzyiq göstərilməyib. "MTN istintaq təcridxanasında mənə qarşı münasibət kifayət qədər düzgün idi”, deyə o bildirib.
Bununla belə, 23 ay birnəfərlik kamerada saxlanması faktını Mirqədirov "ağır sınaq” hesab edir, belə ki, insanlarla ünsiyyət imkanından məhrum edilmişdi və ilk vaxtlar ailəsinin taleyindən xəbərsiz qalırdı. Mənzillərində axtarış aparıldıqdan sonra atasının ölümü onun üçün ən böyük sarsıntı olub.
Mirqədirov həbsdən sonra səhhətini düzəltdikdən dərhal sonra jurnalist fəaliyyətinə qayıtmaq niyyətindədir.
Jurnalistin ciddi müalicəyə ehtiyacı var, onun görmə qabiliyyətində ciddi problemlər yaranıb, müntəzəm baş ağrıları, hipertoniya xəstəliyi əmələ gəlib.
Mirqədirov tam bəraət əldə etmək üzrə gələcək addımları öz vəkili ilə müzakirə etmək niyyətindədir. Bu zaman o qeyd edib ki, xaricdə olan ailəsinə qovuşmaq istərdi, amma şərti cəza məhdudiyyətləri bunun üçün maneədir.
Mirqədirov həbsdə olduğu müddətdə onu dəstəkləyən və azad edilməsində rolu olan hər kəsə təşəkkür edib.
Mirqədirov 2014-cü ilin aprel ayında Ermənistanın xeyrinə casusluq etməklə dövlətə xəyanət ittihamı ilə həbs olunub. Sonradan o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi real həbs müddətini 5 il sınaq müddəti olmaqla, şərti cəza ilə əvəz edib.
.
Maybe you are interested in:
Arif Yunus: “Leylanı ölüm həddinə çatdırmaq istəyirlər”
Ombudsman Rauf Mirqədirov və Arif Yunusla görüşüb