Ombudsman Rauf Mirqədirov və Arif Yunusla görüşüb
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan şəxslərdən jurnalist Rauf Mirqədirov, tarixçi Arif Yunusov və digərləri ilə təkbətək qaydada görüş keçirib. Təklikdə söhbət zamanı onlar bu müəssisədə saxlanma şəraiti, habelə müəssisə əməkdaşlarının rəftarından şikayət etməyib, keyfiyyətli qida və tibbi xidmətdən razılıqlarını bildiriblər. Bu barədə Ombudsman Aparatının mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, MTN-nin müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib. Başçəkmədə məqsəd saxlanma şəraiti və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarətdir.
Görüşlərdən sonra E.Süleymanova saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verib.
.
Maybe you are interested in:
Rauf Mirqədirov bəraət alıb jurnalistikaya qayıtmaq niyyətindədir