Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ombudsmanın nümayəndələri siyasi məhbuslarla görüşləri davam etdirirlər

 

Ombudsman yanında işgəncələrin qarşısının alınması üzrə milli preventiv qrupunun (MPQ) üzvləri  12, 13 və 14 saylı koloniyalarda olublar.

12 saylı koloniyada İslam Partiyasının lideri Mövsüm Səmədovla görüş olub, onun saxlanma şəraiti araşdırılıb. Bu barədə ombudsman aparatının məlumatında deyilir.

13 saylı koloniyada Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu ilə görüş olub. O, saxlanma şəraiti və davranışla bağlı narazılıq etməyib.

14 saylı cəzaçəkmə müəssisəsində jurnalist Sərdar Əlibəyli ilə görüş olub. S.Əlibəyli də saxlanma şəraitindən və onunla rəftardan şikayət etməyib.

  Ombudsman görüşlər zamanı qaldırılan məsələlərlə bağlı müvafiq səlahiyyətli orqanlara müraciət edib.

Xatırladaq ki, bu həftə ombudsmanın nümayəndələri hüquq müdafiəçiləri Leyla Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov, Anar Məmmədli və Bəşir Süleymanlıya baş çəkiblər.

.

contact.az

.

Maybe you are interested in:

AŞPA prezidenti 2 saylı cəzaçəkmə müəssisəsində İlqar Məmmədova baş çəkib

22 siyasi məhbusun adı Əfv Komissiyasına təqdim edilib

Ombudsman Rauf Mirqədirov və Arif Yunusla görüşüb

Həbsdə aclıq edən Elşən Paşayev qapalı həbsxanaya köçürülür

Əli Həsənov: “Prezident İlham Əliyev istəyir ki, dövlət siyasətinin formalaşmasında hamı iştirak etsin”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz