Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Həbsdə aclıq edən Elşən Paşayev qapalı həbsxanaya köçürülür

 

1 saylı cəzaçəkmə müəssisəsində martın 2-dən aclıq edən Elşən Paşayev qapalı həbsxanaya göndərilir. Bu barədə Paşayevin anası Lida Mirzəliyeva "Amerikanın Səsi”nə bildirib.

Onun sözlərinə görə, bu gün oğlu ilə bağlı cəzaçəkmə müəssisəsində məhkəmə olub və onun qapalı həbsxanaya göndərilməsi barədə qərar qəbul edilib.

"Biz şikayət edib ədalət axtarırdıq, başımıza daha böyük daş saldılar. Məqsədləri oğlumu öldürməkdir. Prezident İlham Əliyevdən, bnirinci xanım Mehriban Əliyevadan, ictimaiyyətdən oğluma kömək etməsini xahiş edirəm”, deyə ana bildirib.

Mirzəliyevanın sözlərinə görə, bu gün qohumlarından biri 1 saylı cəzaçəkmə müəssisəinin rəisinin qəbulunda olub. "Rəis deyib ki, oğlum Elşən aclığı davam etdirir və onun daha 15 gün cərimə kamerasında saxlanılması barədə qərara qəbul edib. Guya buna səbəb oğlumun cəzaçəkmə müəssisəsinin damına çıxaraq tələblərini elan edəcəyi barədə bildirməsi olub. Amma sonradan öyrəndik ki, gizlində məhkəmə edib oğlumu qapalı həbsxanaya gönrəməklə bağlı qərar qəbul ediblər”, o qeyd edib. 

Elşən Paşayev gevralın 2-dən ağzını tikərək aclığa başlayıb. Sonradan o, su qəbul edib və qidadan imtina edib. Anasının dediyinə görə, Paşayev aclığı indi də davam etdirir. Ailə üzvləri ilə E.Paşayevin görüşünə icazə verilmir. 

Elşən Paşayev Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə həbs edilib. O, 12 il müddətinə məhkum edilib və cəzasının artıq 10 ilini çəkib.

Paşayev cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edib. Onun müraciətinə fevralın 24-də baxılıb. Cəzaçəkmə müəssisəsi ona müsbət xarakteristika verməyib.

Lida Mirzəliyeva oğluna qarşı ittihamın düzgün verilmədiyini deyir. Ölüxananın (Morq) kitabında həmin şəxsin spirtli içkidən vəfat etdiyi yazılıb.

Ana müxtəlif instansiyalara müraciət edib, 47 dəfə baş prokurorun qəbulunda olub. Lida Mirzəliyeva və qızı etiraz olaraq venaların kəsib, özlərini yandırmağa cəhd edib.

Ana oğlunun günahının olmadığını və işə yenidən baxılmasını vacib sayır.

Penitensiar Xidmət "Amerikanın Səsi”nin martın 4-də və 12-də sorğusuna cavabda bildirib ki, adı qeyd olunan məhkum aclıq aksiyası keçirməsi ilə bağlı müəssisə rəhbərliyinə ərizə ilə müraciət etməyib.

"Məhkum Paşayev Elşənin fiziki durumu və sağlamlığı ilə bağlı problemi yoxdur və aclıq aksiyası keçirməsi barədə məlumatlar həqiqəti əks etdirmir”, deyə cavabda qeyd edilir.

Öz növbəsində, Ombudsman yanında Preventiv Qrupun iki üzvü (biri həkim olmaqla) martın 13-də Elşən Paşayevlə görüşüb. Ombudsman Aparatından "Amerikanın Səsi”nə bildirilib ki, Elşən Paşayev aclığı davam etdirir. 

.

contact.az

.

Maybe you are interested in:

AŞPA prezidenti 2 saylı cəzaçəkmə müəssisəsində İlqar Məmmədova baş çəkib

Arif Yunus: “Mən susmayacam”

Xədicə İsmayılova KİV-də məqaləsinin dərcinə görə karserə salınıb

İslam Partiyası mitinq keçirmək qərarına gəlib

Ombudsmanın nümayəndələri siyasi məhbuslarla görüşləri davam etdirirlər

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz