Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycan müharibəyə başlaya bilərmi?

Arif Yunus: «Qarabağda bir kəndi qaytara bilməyənlər Irəvanı almaqdan danışır...»

Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bugünlərdə Xocalı faciəsilə bağlı keçirilən tədbirdə bildirib ki, Azərbaycan müharibə tərəfdarı olmasa da, istənilən vaxt torpaqlarını azad etmək üçün müharibə etməyə hazırdır:

"Ermənistan 20 ildən artıqdır ki, torpaqlarımızı işğal edib. Gec-tez işğal olunmuş torpaqlarımızı azad edəcəyik. Artıq Azərbaycan ordusu güclənir. Biz hər vaxt müharibəyə hazırıq. Ermənistan qeyri-konstruktivliyini davam etdirərsə, Azərbaycan 100 il əvvəl ermənilərin işğal etdiyi torpaqları da azad edəcək. Biz heç nədən qorxmuruq. Sadəcə, qan tökülməsinin tərəfdarı deyilik. Istəyirik ki, regionda sülh və əmin-amanlıq olsun”.


Ə.Həsənov Ermənistanın Azərbaycana vurduğu ziyanın 300 milyarddan çox olduğunu deyərək, bunun təsəvvür olunmaz ziyan olduğunu vurğulayıb.


Politoloq Arif Yunus Əli Həsənovun dediklərinə münasibət bildirərkən bir müddət əvvəl digər YAP-çı deputat Siyavuş Novruzovun səsləndirdiyi "Lazım olsa, Irəvanı da qaytaracağıq” fikrini yada salır.

Deyir ki, bu adamlar belə bəyanatlar verməkdənsə, işlə məşğul olsunlar: "Adətən işləyən adamlar danışmır, iş görmək istəməyənlər isə boş söz-söhbətlə məşğuldur: ”Öncə Qarabağı ermənilərdən azad edin, qaytarın, sonra digər məsələlərlə məşğul olun.

Qarabağda bir kəndi də qaytara bilməyənlər, 20 metr irəli addım atmayanlar Irəvanı qaytarmaqdan danışır. Əlbəttə, bu tip danışıqlar nağıldır. Hökumət rəsmiləri Qarabağla bağlı heç nə etmək istəmir və boş-boş danışmaqla bunu ört-basdır edirlər".

.

azadliq.info

.

Maybe you are interested in:

AŞPA Robert Uolterin Azərbaycanın işğal edilmiş əraziləri haqqında qətnaməsini qəbul etməyib

Rusiya Böyük Mason Lojasının Ali ustadı “arzuolunmaz şəxslər” siyahısından çıxarılıb

Prezident İlham Əliyev: “Ermənistan Azərbaycanı təxribata çəkir”

Elmar Məmmədyarov: Ermənistan qoşunlarını çıxarmasa Azərbaycan ərazi bütövlüyünü bərpa etmək məcburiyyətində qalacaq

A.Rəhimov: Avropa Oyunları 1 mlrd. manata başa gəlib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz