Qusarda avtoqəzada ölən məmurun kimliyi bəlli olub
Qusarda ölümlə nəticələnən qəzada ölən şəxsin kimliyi bəlli olub.
ANS PRESS-in məlumatına görə, Qusar polis şöbəsi əməkdaşlarının apardığı tədbirlər nəticəsində ölənin şəxsiyyətini müəyyən etmək mümkün olub.
Bu, 1956-cı il təvəllüdlü Qusarın Mucuq kənd sakini Şaiq Səbətulla oğlu Qaslanov olub. O, Qusar İcra başçısının Mucuq inzibati ərazi vahidliyi üzrə icra nümayəndəsi olub.
Hadisə Qusarın Kirik kəndində baş verib. Qəza zamanı "Mitsubishi" markalı avtomobili idarə edənin kimliyi müəyyənləşib.
Xatrıladaq ki, oktyabrın 18-i "Mitsubishi" markalı avtomobilin sürücüsü idarə etməni itirərək yol kənarındakı ağaca çırpılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Xilasedicilər ölənin meyitini deformasiyaya uğramış avtomobildən çıxarıblar.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
"Moskva" univermağı niyə yandı?
Bakıda partlayış şoku
Azərbaycanda əsgər özünü güllələyib
Şərh əlavə edin