Bakıda partlayış şoku
Metrostansiya yaxınlığında yarımçıq tikili partladı; ətraf binalara və obyektlərə zərər dəydi; 3 nəfər yaralandı


İlkin versiyaya görə, partlayışa tikilinin zirzəmisində qaz sızması səbəb olub.

Partlayış zamanı əzilən 13 saylı marşrut avtobusun Mübariz adlı sürücüsü hadisəni "Azadlıq” radiosuna belə təsvir edib: "Avtobusu dayanacaqda saxlamışdım. Birdən baş verən partlayışdan avtobusların şüşələri qırıldı. Bir qadın sərnişinin qolu sındı, təcili yardım apardı”.
Həmin avtobusun üstünə mişar daşı düşüb.


Başqa bir şahid isə "Azadlıq” radiosuna hadisəni belə təsvir edib: "Elə bir səs gəldi ki, elə bildim yer yarıldı. Başımı sükanın arxasında gizlətdim”.

.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
Yanğın qurbanlarının sayı 15 nəfərə çatdı
"Moskva" univermağı niyə yandı?
Azərbaycanda əsgər özünü güllələyib
Şərh əlavə edin