Federal lәzgi
milli-mәdәni muxtariyyәti

İlahiyyatçı Elşən Mustafaoğlu həbs edilib

 

İlahiyyatçı Elşən Mustafaoğlu həbs edilib və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

E.Mustafaoğlu dekabrın 17-də saxlanıb, 19-da isə barəsində həbs qərarı çıxarılıb. Onun həbsinin səbəbləri və hansı maddə ilə ittiham olunması hələ ki, məlum deyil.

Mustafaoğlu 1991-ci ildə orta məktəbi bitirib,1991-93-cü illərdə Futurologiya İnstitutunda şərqşünaslıq təhsili alıb, 1993-98-ci illərdə İran Beynəlxalq Universitetinin "İlahiyyat pedaqogikası və islam maarifi” ixtisası üzrə təhsil alıb.

1998-2001-ci illərdə Milli Elmlər Akademiyasının Fəlsəfə, Siyasi-Hüquqi Tədqiqatlar institutunda fəlsəfə tarixi üzrə təhslini davam etdirib. 2007-ci ildə fəlsəfə tarixi üzrə namizədlik dissertasiyası müdafiə edib, hazırda isə fəlsəfə doktorudur. 

1999-cu ildən Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun əməkdaşıdır.

2001-ci ildə "Mənəvi Saflığa Dəvət” ictimai birliyini təsis edib. 2005-ci ildən "Yeni Şərq” Elmi Araşdırmalar Mərkəzinin direktorudur (Mərkəzin rəsmi veb-saytı: www.yenisharq.org).

E.Mustafaoğlu ANS-də veriliş aparıcı olub, "Azərbaycan-Amerika Media Akademiyası”nın direktoru olub. Xeyli məqalə və əsrələr müəllifidir.

E.Mustafaoğlu son iki ilə yaxın Norveçdə elmi layihə üzrə çalışıb, bu ilin əvvəllində ölkəyə qayıdıb. Bir neçə ay öncə isə QMİ ilə əməkdaşlığa başlayıb.

Ailəlidir, 3 övladı var.

.

contact.az

.

Maybe you are interested in:

Nardaran hadisələri zamanı ölənlərin və həbs edilənlərin adları bəlli olub

KAMRAN MİRAN OĞLU ƏMİROV, QUSAR RAYONU ÜZRƏ MALİYYƏ İDARƏSİNİN RƏİSİ

60 yaşını həbsdə qarşılayan alim, ziyalı və vətəndaş

MNS arrests Elshan Mustafaoglu

Jurnalistləri Müdafiə Komitəsi: 2014-cü il ən pis il olub

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz