Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Avropa məhkəməsi Anar Məmmədlinin işi üzrə kommunikasiyaya başlayıb

 

Avropa İnsan Hüquqları Məhkəməsi  Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin işi üzrə kommunikasiyaya başlayıb.

Vəkil Elçin Sadıqov Turan-a bildirib ki, şikayət A.Məmmədlinin Avropa İnsan Hüquqları Konvensiyasının  5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələri üzrə hüquqlarının pozulması ilə əlaqədar verilib.

  Avropa İnsan Hüquqları Məhkəməsinin saytında bildirilib ki, ərizəçi öz hüquqlarının pozulmasını həbsinin qanunsuz olması ilə əsaslandırıb. Həmçinin həbsin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətdən imtina edilməsinin əsassız olduğu göstərilib.

  Anar Məmmədli 2013-cü il dekabrın 17-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5,5 il müddətinə azadlıqdan məhrum edib.O,  vergi ödənişindən yayınmaq, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətindən sui-istifadədə təqsirli bilinir.

  Amnesty İnternational A. Məmmədlini "vicdan məhbusu” kimi tanıyıb. Sentyabrın sonlarında o, Vatslav Havel adına mükafata layiq görülüb.

.

contact.az

.

Maybe you are interested in:

Xədicə İsmayılovanın vəkilləri onun azadlığa buraxılmasına çağırıblar

2015-ci ildə Azərbaycandan AİHM-ə 1522 şikayət göndərilib

AİHM Xədicə İsmayılovanın iki şikayəti üzrə kommunikasiyaya başlayıb

Avropa Məhkəməsinin qərarına əsasən mitinqdə iştiraka görə həbs olunan şəxs 18 min avro həcmində kompensasiya alacaq

Avropa Məhkəməsi İntiqam Əliyevin işi ilə bağlı kommunikasiyaya başlayıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz